İzahlı lüğət

XURMA

is. bot. 1. Subtropik və mülayim iqlimli ölkələrdə bitən, lələkvari yarpaqları çətir kimi olan uca ağac və bu ağacın şirin meyvəsi. Qayada ilan ötər; Bağdadda xurma bitər; Ay qız, elə sallanma; Cavanam, ağlım itər. (Bayatı). [Teybə] ..evəyolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi. M.Hüseyn.
2. B ax xırnik. ..Xurma toxumunun qabığı qalın olduğuna onlar bir neçə ildən sonra göyərir, ona binaən onları tez göyərtməkdən ötrü Avropa bağbanları bu toxumların qabığını üsul yarıb sonra əkirlər. “Əkinçi”.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......