
XUMARsif. [ər.] 1. Süzgün (göz, baxış haqqında). Nə baxırsan pəncərədən; Xumar gözün süzən gözəl?! Aşıq Ələsgər. Qız isə Bahadırı görüb yanından keçərkən, xumar gözlərini Bahadıra süzdürdü. N.Nərimanov. Yüzillik bir ömrü qurban verərdim; Xumar gözlərinə baxsaydım bir an. R.Rza.
2. Keflilik, məstlik. Xanın bu nərəsinə xumardan sərasimə ayılan qaçaqlar dəhşətdən yerlərində donub qaldılar. M.Rzaquluzadə. □ Xumar olmaq - keflənmək, məst olmaq, nəşələnmək. Gecə və gündüz məst xumar olan xəlifə, Əmin ağamın ona göndərdiyi həcvi oxuyub üç gün üç gecə yasa batmışdı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|