XOF-XƏTƏR (ID - 17762) is. [ər.] Təhlükə, qorxu, təhlükə doğuracaq şey; qada-bəla. Xofxətərdən qurtarmaq. - Hamının qəlbindən xof-xətər getdi və hamı [Məhəmməd Qacarın] qətlindən sonra asudə və arxayın nəfəs aldılar. F.Köçərli.
|
XOFLANDIRMA (ID - 17763)“Xoflandırmaq” dan f.is.
|
XOFLANDIRMAQ (ID - 17764)f Qorxuya salmaq, vəhmələndirmək, qorxutmaq, hürkütmək; şübhəyə salmaq.
|
XOFLANMA (ID - 17765)“Xoflanmaq” dan f.is.
|
XOFLANMAQ (ID - 17766)f Qorxuya düşmək, vəhmələnmək, hürkmək, şübhələnmək. Qaranlıqdan xoflanmaq. - Mirzə Cəmil fəhlələrin ən adi hərəkətindən belə xoflanır, tez-tez polis çağırıb şübhələndiyi adamların yerini ələk-vələk elətdirir....
|
XOFLU (ID - 17767)sif və zərf 1. Xof içində, təlaş içində, şübhə içində; şübhəli. Xoflu adam. Xain xoflu olar. (Ata. sözü). Şahmar bəy gedəndən bir az sonra Fərhad və Məhərrəm daxil olurlar, xoflu, yavaşdan danışırlar... N.Vəzirov.
2.... |
XOFLULUQ (ID - 17768)is. Xoflu olma halı. [Ataş] [Mirzə Cəmildə] gördüyü hiyləgərliyi, xofluluğu belə yavaş-yavaş unudurdu. Ə.Vəliyev.
|
XOFSUZ (ID - 17769)zərf. Qorxmadan, çəkinmədən, ehtiyat etmədən. ..Cürətli, mərdanə və xofsuz söz danışmaq, nüfuzu ziyadə bir firqəni tənqid etmək ancaq Seyid kimi danişmənd və süxənvər şairlərin .. və ədiblərin şəninə gəlibdir. F.Köçərli....
|
XOX! (XUX!) (ID - 17770)dan. 1. Hədə, qorxu mənasında işlədilən nida. Xux, qorxdum səndən! - [Məşədi Səftər:] Xox, yeyərsiz məni, çox böyük adamlar gəlir. M.Əliyev. [Camal Həsənova:] Bura bax, ey, mənə nə eləyəcəksən? Xux, qorxdum səndən. M.İbrahimov....
|
XOXAN, XOXU (ID - 17771) is. İfritə (adətən körpə uşaqları qorxutmaq üçün işlədilir). Yum gözünü, xoxu gəlir. - Atalar .. bununla bərabər yenə tamam doğru yola girmədilər .. uşaqların başlarına vurdular, gözlərini qorxutdular, “xoxan gəldi”...
|
XOKKEY (ID - 17772)[ing.] Ot və ya buz üzərində şayba və ya top ilə iki komanda arasında oynanılan idman oyunu. ..Xokkey, xizəksürmək, ovçuluq, spininq (stolüstü raket oyunu), boks, avtomoto, su polosu və başqa idman növləri də insan orqanizminə çox...
|
XOKKEYÇİ (ID - 17773)is. Xokkey oyunçusu. Xokkeyçilərin final turniri.
|
XOLERİK (ID - 17774)is. [yun.] Nitqində, hərəkətində aydın təzahür edən qızğın hissiyyatlı adam.
|
XOLESİSTİT (ID - 17775)[yun.] tib. Öd kisəsinin iltihabı.
|
XOLESTERIN (ID - 17776)[yun.] Canlı toxumalarının tərkibində (o cümlədən əsəb toxumasında, öddə, dəri piyində) olan sterin qrupundan üzvi birləşmə, maddə.
|
XONÇA (ID - 17777)is. Şirniyyat, meyvə və s. yeməli və ya başqa hədiyyələr qoyulmuş bəzəkli podnos, tabaq və s. Yüzlərlə gözəl cariyələr əllərində əlvan yeməklər dolu xonçalar içəri daxil oldu. M.S.Ordubadi. Bir tərəfdə Aslan bəy qabağında...
|
XONSA (ID - 17778)sif Hər iki cinsin əlamətləri olan canlı. □ Xonsa etmək - axtalamaq. Afrika ölkələrində yaşayan müsəlmanlardan bir qismi azyaşlı, günahsız oğlan uşaqlarını tutaraq rəhmsizliklə xonsa edir və onları müsəlmanlar yaşayan başqa...
|
XONSALIQ (ID - 17779)is. Xonsa olma, iki cinsin əlamətini daşıma.
|
XOR1 (ID - 17780) [yun.] Hər hansı vokal əsəri bir vaxtda ifa edən oxuyanlar dəstəsi. Xor dəstəsi. Uşaq xoru. - [Müəllif:] Biz də yoldaşlarımızla xor təşkil edirik. T.Ş.Simurq. [Rüstəm kişi:] Briqadir Şirzadın yaxşı səsi var. Xor dərnəyi düzəltməyi...
|
XOR2 (ID - 17781): xor baxmaq - ikrahla, həqarətlə, alçaq nəzərlə, saymazcasına baxmaq, qiymət verməmək, dəyərsiz saymaq. Xor baxarsan, ac qalarsan. (Ata. sözü). [Əbubəkr ibn Məhəmməd Eldənizin Nizamiyə yazdığı məktubunda] Atam da, əmim də...
|
XORA1 (ID - 17782) is. 1. Çalınmış otun yerində bitən təzə ot, bitki və s. Taxıl xorası. Xora sahəsindən suvarma nəticəsində yüksək arpa məhsulu götürmək olar.
Axıra qalan yetişməmiş meyvə. |
XORA2 (ID - 17783) |
XORALI (ID - 17784)sif Çirkli, irinli yaralar basmış. Xoralı üz. Xoralı əl. - Arxa yaralı, baş xoralı,
sinə cərahət; Bu zəhmət ilə cənnəti neylərsən, əmioğlu? M.Möcüz. |
XORDA (ID - 17785)[chorde - tel] 1. riyaz. Əyri xəttin iki nöqtəsini birləşdirən düz xətt.
biol. Bəzi heyvanların (məs., balıqların) bel sütunu fəqərəsi. Bağırsağın arxa tərəfindən uzununa yastıqşəkilli xorda ayrılır. M.Axundov. |
XOREOQRAFIK (ID - 17786)sif. Xoreoqrafiyaya aid, xoreoqrafıya ilə bağlı. Xoreoqrafik səhnəciklər.
|
XOREOQRAFİYA (ID - 17787)[choreia - rəqs və grapho - yazıram] Rəqs sənəti. Xalq xoreoqrafiyası. Xoreoqrafiya məktəbi. Hər xalqın incəsənətində özünəməxsus olan milli forması xoreoqrafiya sənətində daha əyani və qabarıq bir surətdə nəzərə çarpır....
|
XOREYA (ID - 17788)[choreia - rəqs] tib. Əl-ayağın qeyri-ixtiyari titrəməsindən ibarət əsəb xəstəliyi.
|
XORHAXOR (ID - 17789)zərf Bərk xorultu səsi çıxararaq. [Salman:] Qoy xorhaxor yatanlar sübh tezdən oyansınlar. S.Rəhimov. [Canbalayev Bəyim xalaya:] Səni bu həyətə xorhaxor yatmaq üçünmü qoyublar? İ.Hüseynov.
|
XOR-XOR (ID - 17790) təql. b ax xorultu 1-ci mənada. Məcidin xor-xoru Nadiri fikir və xəyalatdan ayıltdı. B.Talıblı. □ Xor-xor xoruldamaq
bərk yatmaq, xorultu ilə yatmaq. Məmmədhəsən ağanın anası Xanım xor-xor xoruldayırdı. Çəmənzəminli. ... |
XORİST (ID - 17791)[yun.] Xorda oxuyan, xor artisti.
|
XORLAMA (ID - 17792)"Xorlamaq” dan f.is.
|
XORLAMAQ (ID - 17793)f. Hürkmək, hürküb çəkilmək. Bəxtiyar pambığı atdı gölə. Gölün suyu o saat köprüyüb qalxdı. Atlar bunu görən kimi, xorruyub geri çəkildilər. (Nağıl). Biz xeyli getmişdik ki, birdən Xanpərinin atı xorladı. Ə.Vəliyev. //...
|
XORMEYSTER (ID - 17794)[yun. xor və alm. meister usta] Xor dəstəsinin rəhbəri, xor dirijoru.
|
XORNA (ID - 17795)bax xorultu. Sükutu yalnız
Aslanın bərkxorna səsipozurdu. S.Vəliyev. Xorna çəkmək - xoruldamaq. Tiryəkkeş bərk xorna çəkdikdən sonra başını qaldırır. Şaiq. [Firidun:] Çayçı şagirdinin gətirdiyi bir stəkan tünd çayı içib,... |
XORT (ID - 17796) xort düşmək - bax xurt düşmək (“xurt”da). Qədim dayı yerdə bir az zarıyıb söyləndi, sonra xort düşüb yatdı. S.Rəhimov.
|
XORTDAN (ID - 17797)is. Guya gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud. Axırı biçarə ananız sizə deyirdi: - Bala, ağlama, xortdan gələr, səni aparar! C.Məmmədquluzadə....
|
XORTLAMA (ID - 17798)“Xortlamaq” dan f.is.
|
XORTLAMAQ (ID - 17799)f. Guya dirilmək, dirilib qəbirdən çıxmaq. [Sonanın] qabağına kölgələr, qəbirdən xortlayan ölülər çıxmamışdı. M.İbrahimov. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abutalıbın özüdür...
|
XORTULDAMA (ID - 17800)“Xortuldamaq” dan f.is.
|
XORTULDAMAQ (ID - 17801)f. Xortultu səsi çıxartmaq, xort-xort eləmək. Donuz xortuldayır.
|
XORTULTU (ID - 17802)is. Donuzların çıxardığı səs.
|
XORTUM (ID - 17803)is. 1. Fillərdə və bəzi başqa heyvanlarda müxtəlif vəzifələr (tənəffüs, iybilmə və s.) icra edən boru şəklində uzanan mütəhərrik ağız və ya burun qismi. Deyən zorlu fil; Tapdağında sürüklənən bir aciz deyil; Bir gün gələr...
|
XORTUMCUQ (ID - 17804)is. Balaca xortum. Arının xortumcuğu.
|
XORTUMLU (ID - 17805) sif. 1. Xortumu olan. Xortumlu milçək. Xortumlu maşın.
2. dan. b ax qalife. Dağbaşev ayağa qalxıb əlini xortumlu, göy mahud şalvarının cibinə soxaraq iri addımlarla gəzə-gəzə: - Atasına od vuracağam! - dedi. S.Rəhimov. |
XORTUMLULAR (ID - 17806)cəm zool. Xortumu olan heyvanlar dəstəsi.
|
XORULDAMA (ID - 17807)“Xoruldamaq” dan f.is.
|
XORULDAMAQ (ID - 17808)f. 1. Yuxuda ikən xorultu (xor-xor) səsi çıxartmaq. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Ə.Haqverdiyev. Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. T.Ş.Simurq.
məc. Bərk yatmaq,... |
XORULTU (ID - 17809)is. 1. Xor-xor səsi, yuxuda ikən xoruldayan adamın çıxardığı səs. [Kişilərin] xorultusu hamamı bürümüşdü və qıllı sinələri körük kimi enib qalxırdı. Çəmənzəminli. [Qaraşın] gecənin pozulmaz sükutu arasında iki otaq o...
|
XORUM (ID - 17810)is. Bir dəfə üçün heyvana verilən yem, yem norması, yem miqdarı. Bütün dünya od tutub yansa, bizim ki bir xorum otumuz yanmayacaq? Ə.Vəliyev.
|
XORUMLAMA (ID - 17811)“Xorumlamaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb