XAMITLANMA (ID - 17112)“Xamıtlanmaq” dan f.is.
|
XAMITLANMAQ (ID - 17113)məch. Boynuna xamıt keçirilmək.
|
XAMITLI (ID - 17114)sif. Boynuna xamıt keçirilmiş. Xamıtlı at.
|
XAMLAMA (ID - 17115)“Xamlamaq” dan f.is.
|
XAMLAMAQ (ID - 17116)f 1. Uzun müddət məşğul olmadığı üçün yaddan çıxarmaq, yadırğamaq, unutmaq. [Qədir:] Haçandan minik görmədiyi üçün xamlayacağını yəqin etmişdi. Mir Cəlal.
məc. Xam hesab edərək aldatmağa çalışmaq, xam tapmaq. [Əmrulla... |
XAMLAŞMA (ID - 17117)“Xamlaşmaq” dan f.is.
|
XAMLAŞMAQ (ID - 17118)bax xamlamaq 1-ci mənada.
|
XAMLIQ (ID - 17119) |
XAMMAL (ID - 17120)is. Sonradan sənayedə müxtəlif şeylər emal edilmək üçün yerdən çıxarılan və ya istehsal edilən material. Sənaye üçün xammal. - Tədqiqat nəticəsində aşkar edilmişdir ki, Azərbaycan öz zəngin mədən ehtiyatları ilə mədən...
|
XAMNA (ID - 17121)is. Xam, işlənməmiş ipək.
|
XAMUŞ (ID - 17122)zərf[fars.] Dinməz, susmuş, sakit (halda). Xamuş dayanmaq. Xamuş olmaq.
Nadir daxil oldu, qeybət kəsildi, hamısı xamuş oturub çay içməyə məşğul oldu. B.Talıblı. // Əmr şəklində: xamuş! - sus! dinmə! sakit! səssiz! Mən böylə... |
XAMUŞAN (ID - 17123)klas. bax xamuşluq. Dərə, təpə sakitlikdir, xamuşan; Yoxdur kənd içində bir nəfər insan. A.Səhhət.
|
XAMUŞANLIQ (ID - 17124)köhn. bax xamuşluq. Ətraf tamam xamuşanlıq idi. S.M.Qənizadə.
|
XAMUŞLUQ (ID - 17125)is. Sakitlik, sükut, səssizlik. Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı. Səfərqabağı ailədə olan bu ani xamuşluq içərisində bu barədə hər kəs bir cürə...
|
XAN (ID - 17126)is. tar. 1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları...
|
XANA (ID - 17127)is. 1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. Şahmat taxtasının xanaları. - [Davud] dəftər qoyub cızıqladı, xanalar ayırdı: “Sıra, nömrə, familiyası, aldığı şey, neçə...
|
XANA-XANA (ID - 17128) sif 1. Xanalardan ibarət, xana şəklində; xanalı; dama-dama. Xanaxana dəftər.
2. Göz-göz, otaqlardan ibarət. Əzizim, xana-xana; Evləri xana-xana; Əlim bəndivan olub; Zər baftalı yaxana. (Bayatı). |
XANALI (ID - 17129)sif. Xanası olan, xanalara bölünmüş, xana-xana. 64 xanalı dama taxtası.
|
XANÇOBANI (ID - 17130)is. İti oynanılan Azərbaycan xalq rəqsi və bu rəqsin havası.
|
XANDOSTU (ID - 17131)is. dan. Dayı, əmi və başqa qohumların arvadlarına hörmət üçün verilən ad. Xandostu, amandı, qoyma gəldi! Didarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. Anlar nə ata, nə ana, həmsayə bizim qız! Xandostu! Düşübdür yeni sövdayə bizim...
|
XANƏ (ID - 17132)is. [fars.] 1. Ev, məskən. ..Rəşid Abxazlı yedəyində kəhər at dar və qorxulu cığırla dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. F.Köçərli. [Qurban Fərruxa:] Bir uşaq göndərib bu qəfil gülləni öz xanəmdə, əhli-əyalımın...
|
XANƏDAN (ID - 17133)is. [fars.] 1. Qohumluq, ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən hökmdarlar sülaləsi. [Qətibə:] O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. M.S.Ordubadi. [Qazı...
|
XANƏDANLIQ (ID - 17134)is. tar. Böyük bir sülaləyə mənsubiyyət.
|
XANƏGAH (ID - 17135)is. [fars.] Bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer; təkyə, ibadətgah.
|
XANƏXƏRAB (ID - 17136) sif. [fars.] klas. Bədbəxt, zavallı, yazıq, evi yıxılmış (adətən təəssüf, mərhəmət məqamında işlənir). Düşdü əlimə bir gecə bir şişə şərab; Gətdim evə, sübh içim məni-xanəxərab. S.Ə.Şirvani. Ər deyil, şair imiş...
|
XANƏNDƏ (ID - 17137)is. [fars.] Toylarda, məclislərdə, konsertlərdə və s.-də oxuyan peşəkar müğənni. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. U.Hacıbəyov. Qızışan xanəndə qavalını hərləyir, tarçı tarını kökləyir, kamançaçı...
|
XANƏNDƏLİK (ID - 17138)is. Xanəndə sənəti, müğənnilik. Musiqi məktəbinin xanəndəlik sinfi. Xanəndəliyin hörməti var, yaxşı sənətdir; Xalqa, səni bil, sevdirən ancaq bu cəhətdir. Ə.Vahid. □ Xanəndəlik eləmək - bir peşə kimi toylarda, məclislərdə,...
|
XANƏNİŞİN (ID - 17139) sif. [fars.] Evdən bayıra çıxmayan, gününü evdə keçirən, daim evdə olan, adamlar arasına çıxmayan. Xanənişin adam. □ Xanənişin etmək - birinə cəza olaraq evdən kənara çıxmağa, cəmiyyətə qarışmağa icazə verməmək, yaxud...
|
XANGƏLDİ (ID - 17140)is. dan. Uzun intizardan sonra gəlib çıxan adam haqqında zarafatla deyilən söz. Sənin gəlməyin lap xangəldiyə döndü.
|
XANI, XANIBALIĞI (ID - 17141) is. zool. Şirin sularda yaşayan qara zolaqlı, qırmızıya çalar alt üzgəcli balıq.
|
XANIKİMİLƏR (ID - 17142)is. zool. Xanı tipli balıqlar sinfı.
|
XANIM (ID - 17143)is. 1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. [Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. Çərşənbə...
|
XANIMBÖCƏYİ (ID - 17144)zool. bax uçağan2.
|
XANIMCAN (ID - 17145)is. köhn. Qadına hörmət və nəvazişlə müraciət. [Qurban:] Xanımcan, bağışla, sənə ağır gəlməsin, bu dünyadır, elə də olar, belə də. I.Musabəyov.
|
XANIMƏLİ (ID - 17146)is. bot. Iriyarpaqlı, gözəl ətirli bir çiçək və bu çiçəyin kolu.
|
XANIM-XATIN (ID - 17147) bax xanım 1-ci mənada. [Xəlil:] Gəncədə elə sizin kimi xanımxatın bir doktor vardı. S.Rəhman.
|
XANIMLIQ (ID - 17148)is. 1. Xanım olma, xanım kimi yaşama, hörmətdə olma. Xanımlıq eləmək. [Çəpəl:] Bəxtəvər qurulu evə gedir, açıq qapıya xanımlığa gedir. Mir Cəlal.
Qadınlıq. [Qadının] ağıllı baxışı, dolğun sinəsi, həlim və təranəli... |
XANIMOTU (ID - 17149)is. bot. Yarpaqlarında və kökündə atropin olan çoxillik ot bitkisi. Xanımotu çoxillik ot bitkisidir, hündürlüyü 1-2 m-ə çatan bir neçə düz gövdəyə malikdir. R.Əliyev.
|
XANIMSALLANDI1 (ID - 17150) bot. bax ərikgülü.
|
XANIMSALLANDI2 (ID - 17151) is. köhn. Parlaq ipək saplardan toxunmuş bahalı parça. Keçmişdə xanımlar toylara xanımsallandı geyinərdilər.
|
XANİMAN (ID - 17152)is. [fars.] 1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən. Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan. Aşıq Ələsgər. Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını. A.Səhhət. [Cahangir bəy:]...
|
XANİMANLI (ID - 17153)sif Xanimanı, yurdu, məskəni, ev-eşiyi olan.
|
XANİMANSIZ (ID - 17154) |
XANLIQ (ID - 17155)is. 1. Hakimlik. Xanlıq sürmək. Xanlıq eləmək. - Bilmirəm neyləyir ol xanlığı ya dünyanı; Hər kimin dövləti vardır, odur əsrin xanı.. S.Ə.Şirvani. [Mirzə Təqi:] Bəli, İranda xanlıq var ikən İran dirilməz. C.Cabbarlı. Xana...
|
XANZADƏ (ID - 17156)is. [xan və fars. ...zadə] Xan oğlu, xan balası, xan nəslindən olan adam. [Ibrahim:] Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparır. Ə.Haqverdiyev. [Kəndlilər] Allaha pənah, hələ ki bu şəhərdən gələn xanzadələrin...
|
XAOS (ID - 17157)[yun.] Tam qarışıqlıq, qarmaqarışıqlıq, nizamsızlıq, hərc-mərclik, qaydasızlıq, sistemsizlik. ..Həyat, baş açılmaz bir xaosa çevrilərək, artıq [Səriyyə və uşaqlarını] şüursuz və iradəsiz bir cisim kimi öz təkərinin altına...
|
XAOTİK (ID - 17158)sif Qarmaqarışıq, qaydasız, nizamsız, sistemsiz.
|
XAOTİKLİK (ID - 17159)is. Qarmaqarışıqlıq, qaydasızlıq, nizamsızlıq, sistemsizlik.
|
XAR1 (ID - 17160) is. [fars.] klas. 1. Tikan. Zəhməti bülbül çəkər; Gülü qucar yenə xar. (Ata. sözü). [Kərəm:] Bağı tutdu şeyda bülbül naləsi; Gülün bağrı yandı xarın içində. “Əsli və Kərəm”. Gülşəni-aləmdə bir gül varmı bixar...
|
XAR2 (ID - 17161) sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı.. Çəmənzəminli. □ Xar etmək (eləmək, qılmaq) - hörmətdən salmaq, alçaltmaq,...
|
Bu səhifə dəfə baxılıb