İzahlı lüğət

XANIM

is. 1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim. [Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər. // Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin. // Hörmət üçün qadın adlarına əlavə edilir. Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. M.S.Ordubadi. Ağa Murad bəyin Reyhan xanımla rəftarı .. get-gedə sərtləşirdi. T.Ş.Simurq. [Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir. B.Bayramov. // Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir).
Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi. - Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu. M.Hüseyn.
Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed