İzahlı lüğət

XOŞFİKİR(Lİ) (ID - 17862)

[fars. xoş və ər. fikir] b a x xoşniyyət(li).

XOŞGƏLDİN: (ID - 17863)

xoşgəldin eləmək - gələnə "xoş gəldin!” deyərək salamlaşmaq. [Nuriyyə:] Əynində güllü xalat, başında ağ haşiyəli bənövüş kəlağayı, .. yumru bir qadın qabağımıza yeriyərək mənə xoşgəldin elədi. İ.Əfəndiyev....

XOŞGÖFTAR (ID - 17864)

[fars.] bax xoşkəlam.

XOŞGÜN(LÜ) (ID - 17865)

bax xoşgüzəran(lı).

XOŞGÜZƏRAN(LI) (ID - 17866)

sif [fars.] Güzəranı, həyatı xoş keçən, yaxşı yaşayan. [Hacı Kərim zərgər:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur, bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən?...

XOŞHAL (ID - 17867)

sif [fars. xoş və ər. hal] Halı, əhvalı xoş olan; şad, məmnun, razı. Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm. Füzuli. [Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır....

XOŞHALLANDIRMA (ID - 17868)

“Xoşhallandırmaq” dan f.is.

XOŞHALLANDIRMAQ (ID - 17869)

f Fərəh gətirmək, şad etmək, sevindirmək, ürəyini açmaq. Təzəcə biçilib, lay-lay yerə sərilmiş otun xoş ətri palıd ağaclarının kölgəsində oturanları daha da xoşhallandırırdı. Ə.Əbülhəsən. Ətrafdakı hər şey insanı...

XOŞHALLANMA (ID - 17870)

“Xoşhallanmaq” dan f.is.

XOŞHALLANMAQ (ID - 17871)

XOŞHALLIQ (ID - 17872)

is. 1. Məmnunluq, sevinc, fərəh, ürəyi açılma.
2. Xoşhallıqla şəklində zərfi - çox şad halda, razılıq, məmnunluq hissilə, məmnunluqla. Saçları ağarmağa başlayan Cəmilə çox xoşhallıqla başını tərpətdi və gülümsədi....

XOŞXASİYYƏT(Lİ) (ID - 17873)

sif. [fars. xoş və ər. xasiyyət] Xoş, yumşaq, mülayim, yaxşı xasiyyəti olan. Xoşxasiyyət adam. - [Fərman] həm yaraşıqlı, həm bacarıqlı, həm də xoşxasiyyət adamdı. M.İbrahimov. O, mehriban, gülərüzlü; Xoşxasiyyət bir nənədir....

XOŞXASİYYƏTLİLİK (ID - 17874)

is. Xoşxasiyyət adamın təbiəti, xasiyyəti; yumşaqlıq, mülayimlik.

XOŞXASSƏLİ (ID - 17875)

sif. [fars. xoş və ər. xassə] bax xətərsiz.

XOŞXATİR (ID - 17876)

sif. [fars. xoş və ər. xatir]: xoşxatir olmaq - xoşnud olmaq, məmnun olmaq, razı qalmaq, ürəkdən şad olmaq. [Axund:] Sizə, şəxsən aşinalığım yox idisə də, xeyli əhsən demişəm, məmnun, xoşxatir olmuşam. Mir Cəlal.

XOŞXƏBƏR (ID - 17877)

[fars. xoş və ər. xəbər] b a x xeyirxəbər.
□□ Xoşxəbər olasan! (olasınız!) - bax xeyirxəbər olasan! (olasınız!). [Qumru:] Xoşxəbər olasan, ay Sayalı xala! Mir Cəlal.

XOŞXƏT (ID - 17878)

sif. [fars. xoş və ər. xətt] Yaxşı, gözəl xətti olan.

XOŞKƏLAM (ID - 17879)

sif. [fars. xoş və ər. kəlam] Şirindil(li), xoşsöhbət, dilişirin. Əzziyəm, salam səni; Gördüm xoşkəlam səni. Əttar malı deyilsən; Pul tökəm, alam səni. (Bayatı). Göyçəkləri xoşkəlam, həm aşiqə ram; Vacibdi bizə duası...

XOŞQAMƏT(Lİ) (ID - 17880)

sif. [fars. xoş və ər. qamət] Gözəl boy-buxunu, qədd-qaməti, sərrast bədəni olan; boy-buxunlu. Əla, ey sərvixoşrəftar, xoşqamət, xudahafiz! Edər məşuqdən aşiq, budur adət, xudahafiz! Q.Zakir.

XOŞQƏDƏM(Lİ) (ID - 17881)

sif. [fars. xoş və ər. qədəm] Gəlişi ilə xoşbəxtlik gətirən, uğur gətirən; xeyirli, uğurlu; ayağıyüngül. Başına döndüyüm qasid xoşqədəm; Ərzimi get söylə canana, gəlsin. Aşıq Dilqəm. Oğul! Deyirəm ki, nə xoşqədəmsən;...

XOŞQILIQ (ID - 17882)

sif. Xoşxasiyyətli, hamı ilə yola gedən, xoşrəftar. Xoşqılıq adam. Günəşüzlü, şirinsözlü, xoşqılıq; Ləblərindən axar balı gözəlin. M.P.Vaqif. Otuz beş yaşlarında, ortaboy, xoşqılıq, qəşəng görkəmli Sona qapıda göründü....

XOŞQILIQLIQ (ID - 17883)

is. Xoşxasiyyətlilik, xoşrəftarlıq.

XOŞLAMA (ID - 17884)

“Xoşlamaq” dan f.is.

XOŞLAMAQ (ID - 17885)

f. Zövqünə uyğun gəldiyi üçün bəyənmək, xoşuna gəlmək, ürəyinə yatmaq. [Gülçöhrə:] Bəs sən məni bir kərə görməklə xoşladın? Ü.Hacıbəyov. [Murad]
Nigarı daha kiçik bir qız ikən xoşlamışdı. S.Hüseyn. // Xoşu...

XOŞLANDIRMA (ID - 17886)

“Xoşlandırmaq” dan f.is.

XOŞLANDIRMAQ (ID - 17887)

f. Xoş əhval-ruhiyyə yaratmaq, sevindirmək, fərəhləndirmək, ürəyini açmaq. [Altunbay Solmaza:] Mən də səni daha artıq xoşlandırmaq üçün [Elxanın] füsunkar dilini dibindən kəsdirib atdıracağam. C.Cabbarlı. // Məmnun və razı...

XOŞLANMA (ID - 17888)

“Xoşlanmaq” dan f.is.

XOŞLANMAQ (ID - 17889)

f. Baxıb həzz almaq, ürəyi açılmaq, sevinmək, fərəh duymaq. Qızın ala gözlərini, şümşad barmağını görən Kəblə Xeyransa xala çox xoşlanır. H.Sarabski. Qayınatasının son sözündən Zöhrə də xoşlanmışdı. Ə.Vəliyev....

XOŞLANMALI (ID - 17890)

sif. Sevinməli, fərəhlənməli, şadlanmalı; xoş, fərəhli. [Cahan:] A balam, ağlamalı günlər keçdi, indi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir! Ə.Haqverdiyev.

XOŞLƏHCƏ (ID - 17891)

sif. [fars. xoş və ər. ləhcə] klas. bax xoşkəlam. Müdir Fəxrəddinə müraciət edib dedi: - Qurban olum, bu qızı danışdırın, çox xoşləhcə qızdır. M.S.Ordubadi.

XOŞLİQA (ID - 17892)

sif. [fars. xoş və ər. liqa] klas. bax xoşsurət(li). [Lətif şah:] Pəridən xoşliqa, qılmandan əla; Məlayikdən gördüm lütfkar səni. “Lətif şah”. [Tülkü qarğaya:] Nə gözəlsən, nə xoşliqasən sən; Yeri var söyləsəm: -...

XOŞLUQ (ID - 17893)

is. 1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. Havanın xoşluğu. Havada xəfif bir sazaq var idisə də, yazın ..
ilk yeli bu sazağa bir xoşluq verirdi. Çəmənzəminli. Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam...

XOŞMƏZAC (ID - 17894)

sif [fars. xoş və ər. mizac] bax xoşxasiyyət(li). Yüngül hərəkətli, xoşməzac Zəfərin görünüşü də xeyli dəyişmişdi, o arıqlamışdı. M.Süleymanov.

XOŞNƏVİS (ID - 17895)

sif [fars.] köhn. Yaxşı xətti olan; xəttat.

XOŞNİYYƏT(Lİ) (ID - 17896)

sif [fars. xoş və ər. niyyət] Niyyəti, məramı, məqsədi yaxşı olan; ürəyində kin, qərəz olmayan, ürəyitəmiz. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşniyyət adamlardır. M.İbrahimov.

XOŞNİYYƏTLİLİK (ID - 17897)

is. Xoş, gözəl niyyət, yaxşı məqsəd güdmə, yaxşılıq etmək niyyətində olma; ürəyitəmizlik.

XOŞNUD (ID - 17898)

sif və zərf[fars.] Razı, məmnun. Sən pozmusan mənim xoşnud halımı; Abbas sana nə edib, tanrı zalımı? “Abbas və Gülgəz”. [Fərman:] Bircə de görüm, əmim ağa ilə qohum olmaqdan xoşnuddurmu? Ə.Haqverdiyev. [Araz və Günəş]...

XOŞNUDLUQ (ID - 17899)

is. Razılıq, məmnunluq; razı düşmə. Xoşnudluğundadır nəcatım; Ey mənşəi-cövhəri-həyatım! Füzuli. Bir tərəfdən, sağ-salamat sahilə çıxmış olduqlarından doğan xoşnudluq, o biri tərəfdən, taleyi üçün məsul olduğu bölüyü...

XOŞNUDSUZLUQ (ID - 17900)

is. Narazılıq, məmnunsuzluq. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşlar qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli.

XOŞRƏFTAR(LI) (ID - 17901)

sif. [fars.] Gözəl rəftarlı, adamlarla yaxşı rəftar edən; ünsiyyətli, mülayim. Cavahir xanımdan aldığı həzz xanın çöhrəsində həkk olunmuş daimi qəzəb izlərini silib aparmış, onu xoşrəftar, mülayim bir süfrə sahibinə...

XOŞRƏFTARLIQ (ID - 17902)

is. Xoşrəftar olma, rəftarı yaxşı olma; ünsiyyətlilik, rəftarda mülayimlik, münasibətdə xoşluq, yola getmə, ünsiyyət. Bu (1862-ci il) polojeniyanın hökmüncə .. hər iki sinfin (rəiyyətin və ağaların) mabeynində guya bir növ...

XOŞRƏNG(Lİ) (ID - 17903)

sif. [fars.] Xoşagələn rəngi olan, rəngi xoş olan. Xoşrəng parça. Xoşrəng üz. - Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. C.Cabbarlı. Dilbərin zülfi şəbi-yelda, cəmali çilçıraq;...

XOŞSƏS(Lİ) (ID - 17904)

bax xoşavaz(lı).

XOŞSƏSLİLİK (ID - 17905)

bax xoşavazlıq.

XOŞSİFƏT(Lİ) (ID - 17906)

sif. [fars. xoş və ər. sifət]
Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq...

XOŞSİFƏTLİK (ID - 17907)

is. 1. Xoşsifət adamın halı.
2. məc. Üzügülərlik, xoşrəftarlıq, mehribanlıq, nəvazişkarlıq, iltifat. Otağın rahat və uyğunluğundan, qulluqçunun safdil və gözəlliyindən başqa, student üçün bir ayrı məsələ də var:...

XOŞSİMA(LI) (ID - 17908)

sif. [fars. xoş və ər. sima] Siması (üzü) xoşa gələn; xoşgörkəm, göyçək, qanışirin. [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli...

XOŞSÖHBƏT (ID - 17909)

sif. [fars. xoş və ər. söhbət] Yaxşı müsahib, söhbətcil, söhbətindən ləzzət duyulan. Badisəba xanımın çox xoşsöhbət və zarafatcıl olduğu meydana çıxdı. Çəmənzəminli. [Hüsaməddin:] Əxi Fərrux o qədər sevimli və xoş...

XOŞSURƏT(Lİ) (ID - 17910)

bax xoşsima(lı).

XOŞTALE (ID - 17911)

sif. [fars. xoş və ər. tale] Bəxtli, qismətli, bəxti üzdə olan; uğurlu. Xoştale imişsən ki, bu gün feyzi-hüzurum oldu sənə qismət. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

......