İzahlı lüğət

XOŞLUQ

is. 1. Xoşa gələn, ləzzət verən şeyin halı, xoş təsir. Havanın xoşluğu. Havada xəfif bir sazaq var idisə də, yazın ..
ilk yeli bu sazağa bir xoşluq verirdi. Çəmənzəminli. Aydınlığın xoşluğunda; Nə gözəlsən, sonam dəniz! R.Rza. // Məlahət, gözəllik; gözə, qulağa gözəl təsir bağışlayan, ürəyəyatan. Müğənninin səsinin xoşluğu. // Xoş əhval-ruhiyyə, şənlik, fərəh. Xoşluq gətirmək - fərəh gətirmək, sevinc gətirmək. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
2. Xoşluqla şəklində zərf - öz xoşu ilə, yaxşılıqla, öz razılığı ilə; qalmaqalsız, zorsuz. Xoşluqla qəbul etmək. - [Əsgər:] [Gülçöhrə] xoşluq ilə ərə getməyə razı olmadı... U.Hacıbəyov. [Müəllim:] Siz də mövqeyinizi xoşluqla buraxmaq istəməyəcəksiniz. S.Hüseyn. [General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki gəlməmişik xoşluqla bura! B.Vahabzadə.
□□ Öz xoşluğu üçün - özünə xoş olmaq üçün, öz səadəti üçün, öz xeyri üçün. Öz xoşluğu üçün dünyalarca cinayətlərə səbəb olan bu adam, öz əməllərinin cəzasına çatdırılmışdı. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed