İzahlı lüğət

XƏBƏRÇİ (ID - 17312)

is. 1. Xəbər gətirən, müjdəçi. Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. F.Köçərli.
2. Xəbərçilik edən, xəbərçiliklə...

XƏBƏRÇİLİK (ID - 17313)

is. Birindən o birinə xəbər vermə, söz gəzdirmə, çuğulçuluq, şeytançılıq. Bir tərəfdən də Şahmar xəbərçiliyinin üstündə dişinin dibindən çıxanı [Şahpərinin] üzünə çırpmışdı. B.Bayramov. □ Xəbərçilik eləmək...

XƏBƏRDAR (ID - 17314)

sif. [ər. xəbər və fars. ...dar]
Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı. Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. ..Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən...

XƏBƏRDAREDİCİ (ID - 17315)

sif. Olacaq və ya ola biləcək bir işi birinə başa salmaq, bildirmək, ayıltmaq üçün edilən (işarə və s.). Nəcəf azca tutqun halda bu tərəfə çevrildi, qızların hər ikisinə xəbərdaredici bir nəzər firladıb dedi: - Hə, nə təklif...

XƏBƏRDARLIQ (ID - 17316)

is. 1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildirmə. Xəbərdarlıq üçün gələn qadın Tanya idi. A.Şaiq. Dəstə hərəkətə gəlməkdə ikən, kiminsə bərkdən bu xəbərdarlığı eşidildi.. Ə.Əbülhəsən. Zərqələmin...

XƏBƏR-ƏTƏR (ID - 17317)

is. Xəbər, soraq; iz. Dörd il idi ki, ondan bir xəbər-ətər yox idi. S.S.Axundov. [Məsmə:] ..Təzəlikdə heç xəbər-ətər yoxdu. Anası ölmüş düşdü qürbətə, yaman düşdü. Mir Cəlal. [Sədəf:] Dörd il Uğurdan heç bir xəbər-ətər...

XƏBƏR-ƏTƏRSİZ (ID - 17318)

zərf Xəbərsiz, izsiz, soraqsız.

XƏBƏRLƏŞMƏ (ID - 17319)

“Xəbərləşmək” dən fis.

XƏBƏRLƏŞMƏK (ID - 17320)

f Bir-birindən xəbər tutmaq, soraqlaşmaq.

XƏBƏRSİZ (ID - 17321)

zərf 1. Xəbər vermədən, demədən, soruşmadan, qabaqca bildirmədən; icazəsiz. Bir gün xanlara tamaşaya gələn qızların içində Iskəndərin bacısı Leyla da var idi, qardaşından xəbərsiz qızlara qoşulub gəlmişdi. E.Sultanov. [Növrəstə:]...

XƏBƏRSİZ-ƏTƏRSİZ (ID - 17322)

bax xəbər-ətərsiz. Xəbərsiz-ətərsiz itmək. Xəbərsiz-ətərsiz yox olmaq. - [Sərdar:] Xəbərsiz-ətərsiz gedib, .. bu gün ovçu Ağabala bazarda elə sözlər danışırdı ki... S.Rəhimov.

XƏBƏRSİZLİK (ID - 17323)

is. 1. Heç bir xəbər, məlumat olmama.
2. Məlumatsızlıq, biliksizlik, xəbəri olmama.

XƏBİS (ID - 17324)

sif. [ər.] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək. - [Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı. [Əsədulla:] Mən [Məmmədxanın]...

XƏBİSLİK (ID - 17325)

is. Alçaqlıq, əclaflıq, xainlik, pislik. Nubar qarının hərəkətləri Qəhrəmanın gözü qabağında öz xəbisliyini göstərirdi. S.Rəhimov. // Alçaq hərəkət, iyrənc hərəkət, rəzalət. □ Xəbislik etmək (eləmək) - alçaqlıq...

XƏBTİ-DİMAG (ID - 17326)

b ax xəfti-dimağ. Səndə vardır nişani-xəbti-dimağ; Səni lazımdır eyləmək bəs dağ. S.Ə.Şirvani.

XƏCALƏT (ID - 17327)

is. [ər.] 1. Utanılacaq hal, utanmağa səbəb olan şey, utanma. [Gülzar:] Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm. S.S.Axundov. Indi qonaqlardan çoxu sanki bir xəcalət hissi duyaraq, başını aşağı dikmişdi. Ə.Məmmədxanlı....

XƏCALƏTLƏNMƏ (ID - 17328)

“Xəcalətlənmək” dən f.is.

XƏCALƏTLƏNMƏK (ID - 17329)

f Xəcalət çəkmək, utanmaq, sıxılmaq. Qoşqar xəcalətlənib üzünü yana çevirdi. İ.Hüseynov.

XƏCALƏTLİ (ID - 17330)

sif Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin...

XƏCALƏTLİK (ID - 17331)

bax xəcalət. □ Xəcalətlik vermək - xəcalətli etmək, utandırmaq. [Şahsənəm xala:] Bu nə xəcalətlikdir, ay oğul, mənə verirsən? E.Sultanov.

XƏCİL (ID - 17332)

[ər.] klas. Xəcalətli, üzüqara. Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani. Xəcil...

XƏCİLANƏ (ID - 17333)

zərf Xəcalət içində, xəcalət çəkə-çəkə, utana-utana, sıxıla-sıxıla. Xəcilanə cavab vermək. - [Məhərrəm] özlüyündə xəcilanə gülümsədi. H.Nəzərli.

XƏDƏMƏ (ID - 17334)

is. [ər. “xədim” söz. cəmi] Xidmətçilər, qulluqçular. Xədəmələr durar sağu solunda; Cavahir bazubənd iki qolunda; Fəvvarələr işlər daim gölündə; Yaşılbaşlı ördək olar, qaz olar. Ə.Nəbati. Sol tərəfdə xədəmələr...

XƏDƏNG (ID - 17335)

is. [fars.] klas. Ox (klassik şeirdə gözəlin kirpiyi oxa oxşadılır). Cövhəri pak olur təzə cavandan; Hərgiz əl götürməz şövkətü şandan; Müjgan xədənglərin
keçirir candan; Peykanının heç poladı əskilməz. M.P.Vaqif. Xədəngin...

XƏDİCƏGÜLÜ, XƏCCƏGÜLÜ (ID - 17336)

bax novruzgülü. Nərgizçiçəklilərin .. əksəriyyəti bəzək bitkisidir. Xarakter cinsləri: xədicəgülü, .. aqavadır. M.Qasımov.

XƏDİM (ID - 17337)

sif. [ər.] 1. Axtalanmış, axta. [Hərəmağası:] Xədimləri hissdən məhrum zənn edirlər. Çəmənzəminli. □ Xədim eləmək - axtalamaq, xacə eləmək.
2. Xidmətçi, qulluqçu. [ərən:] Arxa tərəfdən .. kənizlər, nədimlər və...

XƏFƏ1 (ID - 17338)

is. Boğanaq, bürkü, isti hava. [Ruqiyyə:] ..Evdəxəfə var, qaranlıqdır. A.Divanbəyoğlu. Əsmə, səmum, bu tərəfə; Ah, yandırır məni xəfə! M.Dilbazi.

XƏFƏ2 (ID - 17339)

is. Heç kəsin görə bilməyəcəyi, gizli, xəlvət yer. Xəfədə pusmaq. Xəfədə gizlənmək. - Yeri çox xəfə, yolun lap qırağı idi. Ə.Əbülhəsən.

XƏFƏ(NƏK) (ID - 17340)

is. Samovarın odunu söndürmək üçün bacasının üstünə qoyulan dəmir qapaq.

XƏFƏLƏMƏ (ID - 17341)

“Xəfələmək” dən f.is.

XƏFƏLƏMƏK (ID - 17342)

f Havanın qabağını tutmaq, boğmaq; sönmək üçün qapamaq. Samovarı xəfələmək.

XƏFƏLƏNMƏ (ID - 17343)

“Xəfələnmək” dən fis.

XƏFƏLƏNMƏK (ID - 17344)

f Xəfə bir yerə çəkilmək, daldalanmaq.

XƏFƏLİK1 (ID - 17345)

is. Xəfə, gediş-gəliş olmayan yer, daldalanmağa yarar yer. Xəfəlikdə gizlənmək.

XƏFƏLİK2 (ID - 17346)

is. Bürkülü, tənəffüsü çətinləşdirən, boğucu ağır hava. Xəfəlikdən nəfəs almaq olmur. - Otaq yarıqaranlıqdı; Xəfəlikdən boğulsun deyə insan qəlbi; Pəncərəsi qayrılmış insan boyundan qəlbi. R.Rza.

XƏFƏNƏG (ID - 17347)

is. 1. At və başqa heyvanlarda ciyər xəstəliyi, təngnəfəslik. At xəfənəg olub. // Sif mənasında. Bu xəstəliyə tutulmuş. Xəfənəg at kimi alırdı nəfəs; Verirdi sinəsi körük kimi səs. H.K.Sanılı.
2. Təngnəfəslik, sinəgirlik,...

XƏFƏNG (ID - 17348)

is. Pəncərənin və ya qapının üst hissəsi. [Dükanların] qapıları yan tərəfə deyil, aşağıdan yuxarıya qaldırılmaqla açılardı. Belə qapılara xəfəng deyərdilər. H.Sarabski.

XƏFİF (ID - 17349)

sif. [ər.] 1. Mülayim, yüngül, yumşaq. Xəfif yel. - Indi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev. Xəfif axşam küləyi əsir, şəhərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məmmədxanlı....

XƏFİFCƏ (ID - 17350)

zərf Azacıq, yüngülcə, zəifcə. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gənc yenə də xəfifcə gülərək cavab verdi. M.S.Ordubadi. Maya qızarıb xəfifcə gülümsədi və Qaraşa baxdı....

XƏFİFCƏSİNƏ (ID - 17351)

zərf Xəfif surətdə, yüngülcə, yavaşca. Xəfıfcəsinə titrəmək. Xəfifcəsinə gülmək. - [Məsmə:] [Kor seyid] bərabərimdə dayandı. Sol əlini xəfifcəsinə üzümə götürdü. S.Hüseyn. [Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə...

XƏFİYYƏ (ID - 17352)

is. [ər.] 1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti. [Əbülhəsən bəy:] Çar jandarmeriyası mənim dalımca xəfiyyələr
təyin etmişdir. M.S.Ordubadi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların...

XƏFİYYƏÇİ (ID - 17353)

is. Xəfiyyə məmuru, xəfiyyə agenti. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. C.Cabbarlı.

XƏFTİ-DİMAQ (ID - 17354)

is. [ər.]: xəfti-dimaq olmaq - beyni xarab olmaq, başına hava gəlmək. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəfiti-dimaq olub. Ə.Haqverdiyev.

XƏKƏ (ID - 17355)

is. [fars.] Kömürün ovulub tökülmüş kiçik hissələri; kömür ovuntusu.

XƏKƏNDAZ (ID - 17356)

is. [fars.] Zibil, kül və s. götürmək üçün alət. Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. C.Məmmədquluzadə. Qumru dinməz-söyləməz xəkəndazla mollanın yanından elə çırpdı ki,...

XƏLBİR (ID - 17357)

is. Buğdanın, arpanın və s.-nin zibillərini təmizləmək üçün sağanağa keçirilmiş iri tordan ibarət alət. [Fərraş:] Ağa, sübhdən mən otağı süpürürdüm, mehtər Kərim əlində xəlbir bura gəldi, məlum olur xəlbiri burda qoyub...

XƏLBİRALTI (ID - 17358)

1. Bax xəlbirgözü.
2. məc. zar. Oğul-uşaq, uşaqlar mənasında. [Səlbi ərinə:] Özün gedirsən, bəs bir çətən xəlbiraltını kim saxlayacaq? Ə.Vəliyev.

XƏLBİRGÖZÜ (ID - 17359)

is. Xəlbirlənən buğdadan, arpadan və s.-dən xəlbirin içərisində qalan hissə. Buğdanın xəlbirgözüsünü təmizləmək.

XƏLBİRLƏMƏ (ID - 17360)

“Xəlbirləmək” dən f.is.

XƏLBİRLƏMƏK (ID - 17361)

f 1. Xəlbirdən keçirmək. [Mehtər:] Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim, yadımdan çıxıb burda qalıbdır. M.F.Axundzadə. Yoldaşlardan biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, biri tüfəngini...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed