
XƏFİFCƏzərf Azacıq, yüngülcə, zəifcə. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gənc yenə də xəfifcə gülərək cavab verdi. M.S.Ordubadi. Maya qızarıb xəfifcə gülümsədi və Qaraşa baxdı. M.İbrahimov. // Yavaşca, üsulluca. [Xədicə] ətəyimdən yapışıb xəfifcə dartaraq deyirdi.. Qantəmir. // Sif. mənasında. Bir an içində üzündən silinib yox olan təbəssüm izlərinin yerində xəfifcə bir qızartı göründü. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|