İzahlı lüğət

XƏFİF

sif. [ər.] 1. Mülayim, yüngül, yumşaq. Xəfif yel. - Indi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev. Xəfif axşam küləyi əsir, şəhərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məmmədxanlı.
2. Zərif, incə. Çox çəkmədi ki, qızın yanaqlarında xəfif bir qızartı göründü. M.Hüseyn. Zaldakıların üzü xəfif bir gülüşlə işıqlandı. M.İbrahimov. // Zəif, yüngül. Xəfif sazaq. - Dünyanın sevinci də, kədəri də ikidir. Biri yüngül, keçəri - xəfif dumana bənzər. R.Rza. [Xosrov] ..sahildə əyləşib xəfif şırıltıya qulaq asırdı. B.Bayramov. Qonaqlara şərbət, çay təqdim edən qulluqçuların ayaqlarının xəfif tappıltısından başqa, [sarayda] heç bir başqa səs eşidilmirdi. P.Makulu. □ Xəfif eləmək (etmək) - azaltmaq, zəiflətmək. Basıb pəncərəni, qapını kip-kip; Lampanın odunu eləyib xəfif. H.K.Sanılı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed