İzahlı lüğət

XƏBİS

sif. [ər.] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək. - [Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı. [Əsədulla:] Mən [Məmmədxanın] xəbis bir adam olduğunu bilirdim, lakin bu qədər alçaq, pulpərəst olduğunu fikrimə belə gətirməzdim. P.Makulu. // İs. mənasında. Müxənnət səgrəqib o xain, xəbis; Nə yaman qandırıb əyyara məndən. Aşıq Ələsgər. Prokurorun səsi tutqun çıxdı: - Böhtandır! ..Xəbislər indi də bu taktikaya keçiblər. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed