
XƏCALƏTLİsif Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm. □ Xəcalətli etmək - utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq!.. Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev. Xəcalətli qalmaq - birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|