
XƏFİYYƏis. [ər.] 1. Xəfiyyə idarəsinin məmuru, gizli agenti. [Əbülhəsən bəy:] Çar jandarmeriyası mənim dalımca xəfiyyələr
təyin etmişdir. M.S.Ordubadi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. İ.Şıxlı. Xəfiyyə idarəsi - gizli polis idarəsi. Aslan .. bildi ki, Hüseynqulu kişi mətbəənin mütamadiyən xəfiyyə nəzarəti altında olduğunu duyub. M.Hüseyn. 2. Casus. Xəfıyyə saldılar, pul vəd etdilər; Qoşun topladılar, hara getdilər; Gəlmədi onların heç biri vecə. H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|