XAR3 (ID - 17162) sif. Yumşaq, boş, məsaməli. Xar buz.
|
XARA (ID - 17163)is. Özündən naxışları olan parlaq ipək parça. Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı. Ə.Vəliyev. [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə...
|
XARAB (ID - 17164)sif [ər.] 1. Pis, yaman. [Kərbəlayı Cəfər:] ..İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun... Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada...
|
XARABA (ID - 17165)[ər.] 1. is. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. C.Məmmədquluzadə. Bayquş...
|
XARABAXANA (ID - 17166)bax xarabalıq. [Bəyməmməd:] O yel vurub, yengələr oynayan xarabaxana? Bəs atam nə deyər. S.Rəhimov.
|
XARABALANMA (ID - 17167)“Xarabalanmaq” dan f.is.
|
XARABALANMAQ (ID - 17168)f Xarabalığa dönmək, xaraba qalmaq, dağılmaq, bərbad olmaq, viranələnmək.
|
XARABALAŞDIRMA (ID - 17169)“Xarabalaşdırmaq” dan f.is.
|
XARABALAŞDIRMAQ (ID - 17170)f Xaraba halına gətirmək, dağıtmaq, viranə etmək, viran qoymaq.
|
XARABALAŞMA (ID - 17171)“Xarabalaşmaq” dan f.is.
|
XARABALAŞMAQ (ID - 17172)b a x xarabalanmaq.
|
XARABALIQ (ID - 17173)is. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. Kənddə təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən bir xarabalıqda saxlanılırdı. M.İbrahimov. Ay işığında [yolçu] bir xarabalıq...
|
XARABAZAR (ID - 17174)is. [ər. xərabə və fars. ...zar] klas. Xarabalıq, viranəlik, xaraba qalmış yer. [Mirzə Sadıq Fərhada:] Oğlum, xarabazarlar arasında abadlıq axtarma. Cabbarlı. [Qurd Kərim:] Hər yana baxırsan xarabazardır; Dolub dilənçiylə küçə...
|
XARABAZARLIQ (ID - 17175)b a x xarabalıq. Xəyalımda bizim Şərq nağıllarında təsvir edilən xarabazarlıqlar canlandı. M.İbrahimov. Dağınıq və uçuq evləri, .. küçələrə tökülmüş
sınıq qab-qacaqları görərkən, dağılmış insan yurdunun bu xarabazarlığı... |
XARABÇILIQ (ID - 17176)is. dan. Pislik, murdarlıq.
|
XARABEDİCİ (ID - 17177)sif. Xarab edən, dağıdıcı, viranedici.
|
XARABLAMA (ID - 17178)"Xarablamaq” dan f.is.
|
XARABLAMAQ (ID - 17179) |
XARABLAŞDIRMA (ID - 17180)“Xarablaşdırmaq” dan f.is.
|
XARABLAŞDIRMAQ (ID - 17181)f Xarab eləmək, korlamaq, pisləşdirmək, bərbad hala salmaq. // Ağırlaşdırmaq, kəsifləşdirmək. Insanların tənəffüs zamanı havaya buraxdıqları karbon qazı, habelə yaş və ya çirkli paltardan qalxan buxar, toz binanın havasını...
|
XARABLAŞMA (ID - 17182)“Xarablaşmaq” dan f.is.
|
XARABLAŞMAQ (ID - 17183)f Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq. [Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur. U.Hacıbəyov. Kişinin ovqatı...
|
XARABLIQ (ID - 17184)is. Xarab şeyin halı, keyfiyyəti; pislik, bərbadlıq, fənalıq.
|
XARAKTER (ID - 17185)[yun.] 1. Bax xasiyyət. Zeynalda xudkam bir sənətkar xarakteri vardı. S.Hüseyn. Mahnı xalqın milli xarakterini canlı surətdə ifadə edən böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
ədəb. inc. Tip, surət, obraz. M.F.Axundzadənin... |
XARAKTER, XARAKTERİK (ID - 17186) sif. [yun.] bax səciyyəvi. Xarakterik cəhət. - Qlier Azərbaycan mövzusunda [“Şahsənəm”] opera yaradarkən folklorumuzun bütün melodiya zənginliyindən istifadə edə bilməmiş, Azərbaycan musiqisinin lad, vəzn və nüanslarının bütün...
|
XARAKTERİSTİKA (ID - 17187)[yun.] 1. Bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri.
Birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə. riyaz. Onluq loqarifmin bütöv hissəsi. xüs. Bir şeyin... |
XARAKTERİZƏ (ID - 17188) xarakterizə etmək xarakteristika vermək, fərqləndirici xüsusiyyətlərini müəyyənləşdirmək; səciyyələndirmək.
|
XARAKTERLİ (ID - 17189)sif Xarakterə malik olan, səciyyəvi xüsusiyyətlərə malik olan; səciyyəvi. Cəngavər xarakterli tiplər yaratmaq.
|
XARAKTERSİZ (ID - 17190)sif Möhkəm xarakteri, heç bir səciyyəvi xüsusiyyəti olmayan, çox tez təsir altına düşən, zəif iradəli. Xaraktersiz surətlər.
|
XARAKTERSİZLİK (ID - 17191)is. Möhkəm xarakteri olmama, çox tez təsir altına düşmə; iradə zəifliyi.
|
XARAL (ID - 17192)is. İri torba (kisə), bardan. Nənəm qarala, qoyun! Bənzər marala, qoyun! Çoban yununu qırxıb; Basar xarala, qoyun! (Bayatı). Oz vaxtında ayırmadın şahini sardan; Az qoşmadın boş xarallar şəninə dastan. M.Araz.
|
XARÇO (ID - 17193)is. [gürcücə] Qoyun ətindən bişirilən bozbaşaoxşar ədviyyəli xörək, şorba.
|
XARDAL (ID - 17194)is. 1. bot. Xaççiçəklilər fəsiləsindən xırda sarı çiçəkləri və meyvəsi olan
ot bitkisi. Xaççiçəklilər fəsiləsinə bir sıra kələm, turp, vəzəri kimi qiymətli tərəvəz bitkiləri, xardal kimi yağlı bitkilər, mixəkgülü,... |
XARDALLI (ID - 17195)sif Tərkibində xardal olan.
|
XARIBÜLBÜL (ID - 17196)is. [fars. xar - tikan və bülbül.] Azərbaycanda bitən bitki növü. Açma xarıbülbül, açma, sən bu il; Görürsən, bu bahar bizimçün deyil. B.Vahabzadə.
|
XARILDAMA (ID - 17197)“Xarıldamaq” dan f.is.
|
XARILDAMAQ (ID - 17198)f Ayaq altında tapdalanan qardan xar-xar səsi çıxmaq. Işıq düşər qar üstünə parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət. Qar atların ayaqları altında qəribə bir səslə xarıldayırdı. M.Hüseyn.
|
XARILDAŞMA (ID - 17199)“Xarıldaşmaq” dan f.is.
|
XARILDAŞMAQ (ID - 17200)f Küləyin təsirilə yarpaqların, budaqların bir-birinə dəyməsindən çıxan səs haqqında - xışıldamaq. Külək əsdikcə yarpaqlar xarıldaşırdı. - Meşəni çulğayan dərin uğultu bir neçə saniyə kəsilmədi. Ağaclar xarıldaşdı....
|
XARILTI (ID - 17201)bax xışıltı. Xarıltı səsi. □ Xarıltı ilə - xarıltı səsi çıxararaq, xışıltı ilə. [Məryəm:] Sən məni unutsan da, amma mən səni unutmaram, - deyə işvəkar qadınlara məxsus bir şivə ilə fırlanıb ipək paltarlarını xarıltı...
|
XARİC (ID - 17202)is. [ər.] 1. Bayır, dışarı; bayır tərəf (daxil əksi). Binanın xarici. Bu evin xarici daxilindən gözəldir. - Sonra birdən o, xaricdən gələn səslərə qulaq asmağa başlayır. S.Rəhman. □ Xaric etmək - qovmaq, kənar etmək, çıxarmaq....
|
XARİCİ (ID - 17203)sif [ər.] 1. Xaricə aid, zahiri (daxili ziddi). Xarici əlamət. - Mahmuda xarici görünüşünə görə paxıllıq edənlər də olurdu. S.Vəliyev. // Bir şeyin xaricində, xaric tərəfində olan. Xarici tərəf Xarici mühit. - Qəhrəman o qəbil...
|
XARİCİYYƏ (ID - 17204)is. [ər.] Xarici işlər nazirliyinin köhnə adı. Osmanlının xariciyyə vəziri gəlib sultana ərz edəndə ki, sultan sağ olsun, Yevropa hökumətləri Kriti hazırlaşırlar versinlər yunan padşahına, Sultan Əbdülhəmid yunanlı hərəmini...
|
XARİQƏ (ID - 17205)is. [ər.] 1. İnsanda heyranlıq doğuran şey, hadisə; möcüzə. bax xariqüladə.
məc. Adama xariqə kimi görünən, xariqə sayıla bilən şey, qeyri-adi, görünməmiş şey. İnsanın zəkası xariqələr yaradır. [Nəcməddin] Böyük... |
XARİQƏLİ (ID - 17206)sif Xariqüladə, xariqələrlə dolu, ecazkar, möcüzəli, görünməmiş. Burada xariqəli bir şey yoxdur.
|
XARİQÜLADƏ (ID - 17207) sif [ər.] 1. Qeyri-adi, qeyri-təbii, bu vaxta qədər misli görünməmiş, təbiət xaricində olan. Xariqüladə qüvvələr. Xariqüladə hadisələr. Xariqüladə qəhrəmanlıq.
Adi qaydadan xaric, qeyri-adi, fövqəladə. Boşanmaq təklifi... |
XARİQÜLADƏLİK (ID - 17208)is. Qeyri-adilik, fövqəltəbiilik, fövqəladəlik; ecazkarlıq. Hadisənin xariqüladəliyi.
|
XARLAMA (ID - 17209)“Xarlamaq” dan f.is.
|
XARLAMAQ (ID - 17210)f Bərkimək (qar, ərgin şəkər haqqında). [Qırmızı qan ləkələri] xarlamış qar üzərində nar dənələri kimi qızarır, sağda-solda bir ovuc mərcan kimi göyümtül rəngə çalan qar üzərinə səpələnirdilər. Ə.Məmmədxanlı....
|
XARLANDIRMA (ID - 17211)“Xarlandırmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb