İzahlı lüğət

XARAB

sif [ər.] 1. Pis, yaman. [Kərbəlayı Cəfər:] ..İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun... Məmmədquluzadə. [Əvvəlinci kəndli:] Həkim birgünlük yolda olur; yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə at ilə.. Ə.Haqverdiyev. // Bərbad, viran. Dərdi-qəmi göndər könül şəhrinə; Heç sultan mülkünü xarab istəməz. Q.Zakir.
Ağır, pis. Halı xarabdır. □ Xarab olmaq - 1) get-gedə pisləşmək, ağırlaşmaq, qorxulu bir vəziyyət almaq (xəstə haqqında). [Humay:] Ah, nə fəlakətli təsadüf... Zavallı xəstəliyindən büsbütün xarab olacaq.. H.Cavid; 2) sınmaq, dağılmaq, korlanmaq. [Ağakərim xan:] Vay sənin halına, hərgah bir səndəl, ya miz xarab ola. N.Vəzirov;
pisləşmək, pis cəhətə dəyişmək, korlanmaq. [Məşədi İbad:] Arvad ki döyülmədi, xarab olar. Ü.Hacıbəyov. [Əlləzoğlu:] Ə, biz, deyəsən, ərli-arvadlı lap xarab olmuşuq, ay Hənifə. İ.Hüseynov. Əvvəlki keyfiyyətini, vəziyyətini dəyişmək, itirmək, yaramaz hala düşmək. Nə tez soldun, xarab oldun! Nədir sənin bu tutduğun; Vəfasızlıq yolu, bilməm! Sənin ömrün nə qədər kəm! Ə.Cavad.
Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada feil, yaxud müxtəlif ifadələr düzəldilir; məs.: qanını xarab etmək, ovqatını xarab etmək, ürəyi xarab olmaq, işlər xarabdır və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed