
XARABALIQis. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. Kənddə təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən bir xarabalıqda saxlanılırdı. M.İbrahimov. Ay işığında [yolçu] bir xarabalıq qarşısında dayandığını gördü. Ə.Məmmədxanlı. Xarabalıq üzərində iki bayquş edir söhbət; Nuşirəvan bu söhbətin təsirindən alır ibrət. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|