
XARABLAŞMAQf Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq. [Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur. U.Hacıbəyov. Kişinin ovqatı daha da xarablaşır, oyan-buyanı, axtarar, əlinə təndir kösöyü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski. Gülşən işdən çıxanda günortadan pozulmağa başlayan hava get-gedə daha da xarablaşdı. M.Süleymanov.
Paylaşın - Hamı bilsin
|