İzahlı lüğət

XARA

is. Özündən naxışları olan parlaq ipək parça. Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı. Ə.Vəliyev. [Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov. Xaradan uzun xalat geyinmiş bəstəboy, zərif bir qadın pilləkənlə enirdi. İ.Hüseynov. // Xaradan tikilmiş. Xara don, xas labada; Şəddə üstə şalı qəşəng. Aşıq Ələsgər. [Əminə] qıvraq görkəminə çox yaraşan baftalı, uzun xara tuman .. geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed