İzahlı lüğət

XARAKTER

[yun.] 1. Bax xasiyyət. Zeynalda xudkam bir sənətkar xarakteri vardı. S.Hüseyn. Mahnı xalqın milli xarakterini canlı surətdə ifadə edən böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
ədəb. inc. Tip, surət, obraz. M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komikplanda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov.
Mahiyyət, keyfiyyət, xüsusiyyət. Yer səthinin xarakteri. Xaraktercə şəklində - xarakterinə görə; xasiyyətinə görə, mahiyyətinə görə; xasiyyətcə, mahiyyətcə. “Atabəylər” dramında gərgin hadisələrlə yanaşı, xaraktercə bir-birinə zidd olan obrazlar da nəzəri cəlb edir. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed