İzahlı lüğət

XƏSPUŞ (ID - 17462)

is. [fars.] Fırıldaqçı, xırda oğru, cibgir, cibəgirən. Xəspuşlardan birisipulları iki əli üzərində Varisə doğru uzadaraq: - Varis bəy, hər kəsdən çox mən qazandım. A.Şaiq. [Qulamrza Rüstəmbəyə:] Bu xəspuşların qəribə...

XƏSPUŞLUQ (ID - 17463)

is. Fırıdaqçılıq; cibgirlik, xırda oğruluq.

XƏSTƏ (ID - 17464)

sif [fars.] 1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq. - Xəstə əsgər dərindən nəfəs aldı. H.Nəzərli. Xəstə atalarının ürəyini sıxmaq istəməyən oğul və qız güzəranlarından şikayət eləmədilər....

XƏSTƏHAL (ID - 17465)

sif. [fars. xəstə və ər. hal] Bir qədər xəstə, kefsiz, halsız, nasaz. Iyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün görünürdü. A.Şaiq. // məc. Halsız, ölgün, düşkün. Saqi,...

XƏSTƏHALLIQ (ID - 17466)

is. Kefsizlik, halsızlıq, düşkünlük, nasazlıq.

XƏSTƏXANA (ID - 17467)

is. [fars.] Müalicə üçün xəstələrin yatdığı ev, bina, müəssisə. Xəstəni xəstəxanaya qoymaq. - Yaralı hərbi xəstəxanada .. yatmışdı. Ə.Məmmədxanlı. 14 oktyabr - qırx doqquzyaşım... Görüşdük onunla xəstəxanada; Əyləşib...

XƏSTƏXANALI (ID - 17468)

sif. Xəstəxanası olan. Xəstəxanalı qəsəbə.

XƏSTƏ-XƏSTƏ (ID - 17469)

zərf Xəstə olduğu halda, azarlı-azarlı, naxoş halda. Xəstə-xəstə qonaqlığa getmək. - Polad Kamilin xəstə-xəstə gördüyü işə məəttəl qaldı. M.Süleymanov.

XƏSTƏLƏNDİRMƏ (ID - 17470)

“Xəstələndirmək” dən f.is.

XƏSTƏLƏNDİRMƏK (ID - 17471)

/. Xəstə etmək, xəstələnməsinə səbəb olmaq, azara salmaq, azarlatmaq, naxoşlatmaq. Dünənki külək məni xəstələndirdi.

XƏSTƏLƏNMƏ (ID - 17472)

“Xəstələnmək” dən f.is.

XƏSTƏLƏNMƏK (ID - 17473)

/. Azarlamaq, naxoşlamaq, bir xəstəliyə tutulmaq. Özümü soyuğa verib xəstələndim. - Doğrudan da, keçən il Bakıya, Tahirin yanına gedəndə Gülsənəm arvad xəstələnmişdi. M.Hüseyn. Əvəz kişi oğlunun tər köynək dayandığını...

XƏSTƏLİK (ID - 17474)

is. Orqanizmin normal həyat fəaliyyətinin pozulması halı; azar, naxoşluq. Göz xəstəlikləri. Sağalmaz xəstəlik. Yoluxucu xəstəlik. - Aygün xəstəlikdən qalxır ayağa; Qaynayır gözündə yenə də həyat. S.Vurğun. [Nuriyyə:] Bilirdim...

XƏSTƏLİKLİ (ID - 17475)

bax xəstəməzac.

XƏSTƏLİKTÖRƏDƏN (ID - 17476)

is. Xəstəlik törəməsinə səbəb olan, azar mənbəyi olan, mikrobları yayan. Xəstəliktörədən mikroblar.

XƏSTƏLİKTÖRƏTMƏ (ID - 17477)

is. Xəstəlik törəməsinə, xəstəlik yayılmasına səbəb olma, xəstəlik mənbəyi olma. Virusun xəstəliktörətmə qabiliyyəti.

XƏSTƏMƏZAC (ID - 17478)

sif. [ər.] Xəstəliklərə, tez xəstələnməyə mail olan, tez-tez xəstələnən, üzərindən xəstəlik əskik olmayan.

XƏSTƏMƏZACLIQ (ID - 17479)

is. Xəstəliyə mail olma; üzərindən xəstəlik əskik olmayan, tez-tez xəstələnən adamın halı.

XƏŞƏL (ID - 17480)

b ax xaral. Bir adam ki, .. kömür xəşəllərini dalına şələləyib hıqqana-hıqqana gətirə, ..qalxa-qalxa Müqim bəy Cavanşir kimi bir əsilzadənin mühafizi ola, daha nə üçün vəziyyətindən razı olmazdı. S.Rəhimov.

XƏŞƏM (ID - 17481)

is. zool. Şirin sularda yaşayan, yeyilən balıq növü. Ildırım qeyzini sel-sel axıdan; Çapaqdan, xəşəmdən, qızıl balıqdan; Rəng alan, dad alan dəli çaylarım.. X.Rza.

XƏŞİL (ID - 17482)

is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). [Ağa Kərim xan:] Tez ürəktutan xörəklərdən .. biri xəşildir. N.Vəzirov. ..Kənd əhli bilirlər ki, doşabsız...

XƏTA (ID - 17483)

is. [ər.] Səhv, yanlışlıq, qələt. Mürəttib xətası. Korrektor xətası.

XƏTBAŞI (ID - 17484)

is. Kişilərdə saçın gicgah tərəfdə qulağın qabağında olan hissəsi. [Budaq:] Yeznəm məni görcək yerindən qalxıb içəridə var-gəl eləməyə, arabir sol əli ilə xətbaşını qaşımağa, gah da bığlarını əlləşdirməyə başladı....

XƏTÇƏKƏN (ID - 17485)

is. xüs. Xətt çəkməyə məxsus alət; cızıqçəkən. Xətçəkəni lazımi hündürlük ölçüsündə saxlamaq üçün masştabı olan hündürlükölçəndən .. istifadə edilir. Ə.Əliyev.

XƏTƏR (ID - 17486)

is. [ər.] 1. Təhlükə, qorxu. [Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov.
2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş;...

XƏTƏRLƏNMƏ (ID - 17487)

“Xətərlənmək” dən f.is.

XƏTƏRLƏNMƏK (ID - 17488)

f Xətər dəymək, zərər, ziyan görmək. // Korlanmaq, xarab olmaq, zədələnmək. Blindajın divarları və tavanı adda-budda xətərlənmişdi. Çəmənzəminli.

XƏTƏRLİ (ID - 17489)

sif. Çox qorxulu, çox təhlükəli, təhlükə ilə dolu, xətər gətirə bilən, xatalı. Xətərli səfər. Xətərli yol. Xətərli iş. - [Gülbahar:] Bəlkə xətərli yaradır .. qolunu belə, başına dönüm, çıxart, Əhməd! N.Vəzirov....

XƏTƏRLİLİK (ID - 17490)

is. Qorxulu, təhlükəli olma, xətər gətirmə; təhlükəlilik.

XƏTƏRNAK (ID - 17491)

sif. [ər. xətər və fars. nak] klas. b a x xətərli. Sərsəri basma qədəm eşq təriqinə, Füzuli; Ehtimal eylə ki, qayətdə xətərnak səfərdir. Füzuli. [Mirzə Rza:] Gəzinmə İran adında xətərnak səhralarda, qayıt Firəngistana,...

XƏTƏRSİZ (ID - 17492)

sif. Qorxusuz, təhlükəsiz, xatasız. Xətərsiz iş. Xətərsiz səfər. - [Ataş:] Xalıqverdi əmi deyirdi ki, Turaclı yolu xətərsizdir. Ə.Vəliyev. [İsmayıl kişi Namaza:] Sən bir qədər adam götür, arvad-uşağı xətərsiz yerə apar...

XƏTƏRSİZLƏŞDİRMƏ (ID - 17493)

“Xətərsizləşdirmək” dən f.is.

XƏTƏRSİZLƏŞDİRMƏK (ID - 17494)

f Xətərsiz etmək, qorxusuz, təhlükəsiz hala gətirmək. [Veysəl] Kəngərlini qorxudub buradan uzaqlaşdırmaq, Ataşın yolunu xətərsizləşdirmək istəyirdi. Ə.Vəliyev.

XƏTƏRSİZLƏŞMƏ (ID - 17495)

“Xətərsizləşmək” dən f.is.

XƏTƏRSİZLƏŞMƏK (ID - 17496)

f Qorxusuz, təhlükəsiz olmaq, əminlik olmaq. Yollar xətərsizləşib.

XƏTƏRSİZLİK (ID - 17497)

is. Xətərsiz, qorxusuz olma; təhlükəsizlik, əmin-amanlıq.

XƏTİB (ID - 17498)

is. [ər.] Məsciddə xütbə oxuyan din xadimi. Xətib minbərdən yerə düşməmiş, əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. M.S.Ordubadi. // köhn. Gözəl natiq.

XƏTİBLİK (ID - 17499)

is. Xətib vəzifəsi, xətibin işi.

XƏTİR (ID - 17500)

is. [ər.] Hörmət, ehtiram, sayğı; şan-şərəf. Xətrini əziz tutmaq. Xətrini istəmək. Xətir üçün xəstə yatmazlar. (Ata. sözü). Xətir qoymaq (saxlamaq) - hörmət eləmək, hörmətini saxlamaq; güzəşt eləmək. Xətri qalmaq - incimək,...

XƏTİR-HÖRMƏT (ID - 17501)

b ax xətir. Xətir-hörmət saxlamaq. Xətir-hörmət gözləmək. Xətirhörmət bilmək. - [Sərvinaz qarı:] Bala, Həsrət, belə şeylərə qol qoyma, yoxsa aralıqda olan bütün xətir-hörmət tökülər. B.Bayramov.

XƏTİRLİ (ID - 17502)

sif Xətri əziz, hörmətli, hörmət edilən, sayılan, ehtirama layiq, nüfuzlu. Xətirli adam.

XƏTKEŞ (ID - 17503)

[ər. xətt və fars. ...keş] bax xətçəkən. Xətkeşlə cızıq çəkmək. - [Gəldiyevin] düz on yeddi gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Mir Cəlal.

XƏTM (ID - 17504)

is. [ər.] 1. Bitirmə, qurtarma, sona çatdırma. □ Xətm etmək (eləmək) - 1) bitirmək, tamamlamaq, sona çatdırmaq. Billah ki, nə xoş demiş Nizami; Bu babdə xətm edib kəlami. Füzuli; 2) din. oxuyub tamamlamaq, bitirmək (Quranı). Şaşırmış...

XƏTMİ (ID - 17505)

bax gülxətmi. [Çöllərdə] nərgiz, nanə, xətmi, nilufər, nə desən taparsan. Mir Cəlal.

XƏTT1 (ID - 17506)

is. 1. Yazarkən hərfləri təsvir etmə tərzi, yazı yazma xüsusiyyəti; yazı. Gözəl xətt. Uşaq xətti. Tanış xətt. - [Yaqut:] Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi. Ə.Məmmədxanlı....

XƏTT2 (ID - 17507)

is. [ər.] 1. Cızıq. Kağızda dikinə çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbülhəsən. İki məntəqəni birləşdirən yol. Moskva
Bakı dəmiryol xətti. Moskva - Kiyev hava xətti. Trolleybus xətti. // Teleqraf, telefon rabitəsi...

XƏTTAT (ID - 17508)

XƏTTATLIQ (ID - 17509)

is. Gözəl xətlə yazma sənəti.

XƏTTİ-HƏRƏKƏT (ID - 17510)

is. [ər.] 1. köhn. Döyüşü hazırlama və aparma sənəti, döyüş üsulları; taktika. Düşmənin xətti-hərəkəti. [Nizami:] Biz, Fəxrəddinin göstərdiyi xəttihərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və...

XƏTTÜ XAL (ID - 17511)

is. [ər. xətt və fars. xal] klas. Gözəlin sifəti mənasında. Qoymazsan baxmağa xəttü xalına; Tamaşayi-camalını kəsibsən! M.P.Vaqif. Xəttü xalə verib xeyli nəzakət; Siyah zülfü hamısından baş çəkib. Q.Zakir.

Bu səhifə dəfə baxılıb

......