İzahlı lüğət

XƏŞİL

is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). [Ağa Kərim xan:] Tez ürəktutan xörəklərdən .. biri xəşildir. N.Vəzirov. ..Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Şəhriyar.
□□ Xəşilə döndərmək - bir şeyi (maddəni) duru xəmir (horra) halına salmaq, korlamaq. [Süleyman:] [Gübrəni] aparıb töküblər yağışın altına, döndəriblər xəşilə. M.Ibrahimov. Xəşilini çalmaq - öldürmək, işini bitirmək. Xəşilini çıxarmaq - əzibəzişdirmək, sağ yer qoymamaq. Əsgərin gözünü püfləyənin xəşilini çıxardaram. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed