İzahlı lüğət

XORUMLAMAQ (ID - 17812)

f Xorum-xorum ayırmaq, paylara bölmək; dəstələmək. Qara camış vən, vələs, ağcaqayın şivlərini əyəndə, Ala dana onların yaşıl yarpaqlarından xorumlayıb ötürürdü. S.Rəhimov. Igidlər var ki, bir gündə yüz bağ otu lay qoruyub...

XORUZ (ID - 17813)

is. 1. Toyuğun erkəyi. Kənd tamamilə yuxudan oyanmışdısa da xoruzlar səs-səsə verib banlaşırdılar. Ə.Vəliyev. Bütün həyətlərdə kəndin xoruzları banlaşırdı. Ə.Məmmədxanlı. // Toyuq cinsindən bəzi quşların erkəyi. Qırqovul...

XORUZBAZ (ID - 17814)

is. Köhnə məişətdə: bir əyləncə kimi döyüşdürmək üçün xoruz saxlayan və bu işlə məşğul olan adam. Məktubunda yazırsan ki, qəsəbənizin əhalisi xoruzbazların, qoçbazların və itbazların əlindən cana-bezara gəlmişdir....

XORUZBAZLIQ (ID - 17815)

is. Köhnə məişətdə: döyüşdürmək üçün xoruz saxlama və bir əyləncə kimi xoruz döyüşdürməklə məşğul olma. Mollaxanadan qovulan gündən etibarən uşaq fikrini quşbazlıq, tazıbazlıq, xoruzbazlıq və bu kimi işlərə verərdi....

XORUZBEÇƏ (ID - 17816)

is. 1. Cavan xoruz, çolpa. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir. C.Cabbarlı. [Rüstəm Səkinəyə:] Qaraşı çağır, qoy xoruz-beçədən də üç-dördünü kəssin,...

XORUZGÖZ (ID - 17817)

sif. Yetkin, cavan, yeniyetmə; zirək. Çay aşağı getmərəm; Çadramı yellətmərəm; Xoruzgöz oğlan gərək; Dul kişiyə getmərəm. (Bayatı). [Həcər:] Mənə xoruzgöz, bığıburma .. bir oğlan lazımdır. “Həcər xanım”.

XORUZGÜLÜ (ID - 17818)

is. bot. Tünd-qonur rəngdə yoğun və qısa kökümsov gövdəsi olan irisalxımlı, sarıçiçəkli çoxillik bitki. Xoruzgülü çoxillik bitki olub, tünd-qonur, yoğun və qısa kökümsov gövdəyə malikdir. Yarpaqlarının kənarı hamardır....

XORUZQUYRUĞU (ID - 17819)

bax xoruzpipiyi. Bir neçə dəqiqədən sonra iki stəkan xoruzquyruğu çay gəldi. M.Hüseyn.

XORUZLANMA (ID - 17820)

“Xoruzlanmaq” dan f.is.

XORUZLANMAQ (ID - 17821)

f. Kişilənmək, kəkələnmək, şəşələnmək; qızışmaq, özündən çıxmaq. [Güldəstə:] Hünərindi get, bu sözləri Rzaquluya de. Bizim yanımızda xoruzlanmaq bir çətin iş deyil. N.Vəzirov. Məsələnin nə yerdə olduğunu bilmək...

XORUZPİPİYİ (ID - 17822)

sif. Qırmızı, pürrəng. Qarının buğlana-buğlana gətirdiyi qayğanaqdan doyunca yedilər, onun da üstündən iki-üç stəkan xoruzpipiyi çay içdilər. M.Hüseyn. Uç yoldaş termosdan tökdüyümüz buğlanan tünd “xoruzpipiyi” çaydan...

XORVAT (ID - 17823)

is. Yuqoslaviyanın tərkibinə daxil olan Xorvatiyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı və bu xalqa mənsub adam.

XORVATCA (ID - 17824)

sif. və zərf Xorvat dilində. Xorvatca kitab. Xorvatca danışmaq.

XOSUNLAŞMA (ID - 17825)

is. dan. 1. “Xosunlaşmaq” dan f.is.
2. Gizli danışıq, pıçapıç, dedi-qodu. [Qəhrəman:] Ancaq orada xosunlaşma, ümumi işi axsatmaq olmasın. Ə.Vəliyev.

XOSUNLAŞMAQ (ID - 17826)

f dan. Heç kəsə eşitdirmədən bir-birilə gizli-gizli, pıç-pıç danışmaq, pıçıldaşmaq. Gün çırtadı, göz qamaşdı; Araz mənlə xosunlaşdı.. Şəhriyar. Əlində çatı, buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlaşırdılar....

XOŞ (ID - 17827)

sif [fars.] 1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. Xoş xasiyyət. Xoş təbiət. Xoş səda. - [Quşların] ..xoş avazları cütçünü həvəsə gətirdi. S.S.Axundov. [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli,...

XOŞAB (ID - 17828)

is. [fars.] Su və şəkərlə bişirilmiş meyvəli şərbət; kompot. Fikirləşirlər ki, həmin pula bir küpə xoşab alsınlar ki, aparıb kənddə satsınlar. “M.N.lətif.”

XOŞAGEDƏN (ID - 17829)

bax xoşagələn.

XOŞAGETMƏZ (ID - 17830)

sif. və zərf Xoşa gəlməyən, ürəyə yatmayan, arzuedilməz; pis, çirkin. Xoşagetməz hadisə. Xoşagetməz hərəkət. Xoşagetməz səs.

XOŞAGETMƏZLİK (ID - 17831)

is. Xoşa getməmə; xoşagetməz şeyin halı.

XOŞAGƏLƏN (ID - 17832)

sif Ürəyəyatan, insanda xoş əhval-ruhiyyə yaradan, xoş, bəyənilən. Xoşagələn şeir. Xoşagələn parça seçmək. Qoltuğunda kitablar, körpə qəlbində qəmlər; Qiymət dəftərçəsində xoşagələn rəqəmlər. S.Rüstəm. [Əlikram:]...

XOŞAGƏLİM(Lİ) (ID - 17833)

sif. Gözə xoş gələn, xoşsifət, qanışirin, gözəşirin, yapışıqlı. [Qızın] ağ, xoşagəlim sifəti, qaynar ala gözləri vardır, kiçik burnunun ucu azca yuxarı dikəlmişdir. V.Şıxlı. // Gözəl, qəşəng. Xoşagəlim mənzərə....

XOŞAGƏLİMLİLİK (ID - 17834)

is. Xoşagəlimli şeyin, ya şəxsin halı; gözəllik, qəşənglik, cazibədarlıq; cazibə, məlahət.

XOŞAGƏLMƏYƏN (ID - 17835)

bax xoşagəlməz. [Fərrux və Qurban] tez-tez xoşagəlməyən, ürəkbulandıran xəbər eşidirdilər. Ə.Vəliyev.

XOŞAGƏLMƏZ (ID - 17836)

sif. Xoşa gəlməyən, istənilməyən, bəyənilməyən, arzu edilməyən, adamda pis təsir oyadan; xoşagetməz, iyrənc, çirkin. Xoşagəlməz hadisə. Xoşagəlməz hərəkət. - Cahandar ağa Əşrəfin bu işlərə necə münasibət bəsləyəcəyini...

XOŞAGƏLMƏZLİK (ID - 17837)

is. Xoşa gəlməyən şeyin halı; pislik, çirkinlik.

XOŞAHƏNG (ID - 17838)

sif. [fars.] Aralarında xoş, uyğun ahəng, uyğunluq olan. Xoşahəng səslər.

XOŞAHƏNGLİK (ID - 17839)

is. Aralarında xoş ahəng, uyğunluq, müvafiqlik. Boyaların xoşahəngliyi. Avazın xoşahəngliyi. - Bir neçə müxtəlifi və əlvan rəngin xoşahəngliyi .. də rəng estetikasına aiddir. A.Qazıyev.

XOŞAXOŞ (ID - 17840)

zərfi Öz xoşu ilə, istəyərək, həvəslə, ürəklə. Xoşaxoş deyilənə əməl etmək.

XOŞAXOŞLUQ, XOŞAMXOŞLUQ (ID - 17841)

zərfi Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istəyərək. [Sultan bəy:] Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar; yoxsa, görünür ki, xoşaxoşluq ilə getməyəcəkdir. Ü.Hacıbəyov....

XOŞALLANMA (ID - 17842)

“Xoşallanmaq” dan f.is.

XOŞALLANMAQ (ID - 17843)

f Bir şeydən xoş təsir duymaq, ləzzət aparmaq, nəşə duymaq, xoş hisslər duymaq. Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşallanır, sevinirdi. Çəmənzəminli. Bu şaxtalı gecənin yarısında od onları xoşallandırdı. S.Rəhimov....

XOŞALMA (ID - 17844)

“Xoşalmaq” dan f.is.

XOŞALMAQ (ID - 17845)

f Xoş olmaq, yaxşılaşmaq, mülayimləşmək. Bəziləri bu il havaların birdən-birə xoşalıb qızışmasını yazın tez gəlməsi kimi izah edir. M.İbrahimov.

XOŞAM-XOŞAM (ID - 17846)

bax xoşaxoşluq.

XOŞAVAZ(LI) (ID - 17847)

sif. [fars.] Məlahətli səsi olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq xudaya namaz. S.Ə.Şirvani. Məşədi Ismayıl xoşavaz bir adamdır və ucadan “Mahur” havasilə “putuluk, fusuluk”...

XOŞAVAZLIQ (ID - 17848)

is. Xoşsəslilik, səsdə məlahət.

XOŞ-BEŞ (ID - 17849)

is. Salamlaşma zamanı birbirindən kef-əhval soruşma. Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi. Ə.Vəliyev. [Hacı Ağakərim:] Bəs sənin dayına salamın, xoş-beşin hanı, ədəbsiz! S.Rəhman....

XOŞBƏXT (ID - 17850)

sif. [fars.] Bəxti gətirmiş, taleli, bəxtli, sevinc və rifah içində yaşayan. [Ağca xanım Qaraca qıza:] Ah, sən xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən. S.S.Axundov. [Hacı:] Bir övrət, bir qızım,...

XOŞBƏXTLİK (ID - 17851)

is. 1. Həyatından son dərəcə məmnunluq, dərin razılıq və sevinc hissi, səadət. Ailə xoşbəxtliyi. Xalqın xoşbəxtliyi. // Bu hissin bu və ya başqa bir şəkildə təzahürü. Əziz balalar! ..Mində birimizin üzünə xoşbəxtlik günü...

XOŞBƏNİZ (ID - 17852)

bax xoşsifət(li).

XOŞBU(Y) (ID - 17853)

sif [fars.] klas. Xoşiyli, ətirli, rayihəli, ətirsaçan. Istəmən firdos bağinin güli-xoşbusini; Dünya bağında güli-ruxsarin ondan yaxşıdır. Xətayi. Seyr qıl arizini, kim güli-xoşbu kimidir; Bədəni naziktər, sinəsi pərqu kimidir....

XOŞCA (ID - 17854)

zərf 'Xoş, xoşa gələn tərzdə. Xoşca gülümsəmək. Xoşca danışmaq. Xoşca bir söz demək.

XOŞÇƏKİM(Lİ) (ID - 17855)

sif. Çəkiləndə xoş təsir bağışlayan, ləzzət verən, nəşə verən. Mən də [papirosun] birini eşdim. Doğrudan da, tütün çox ətirli və xoşçəkim idi. M.Rzaquluzadə.

XOŞDİL(Lİ) (ID - 17856)

sif Dili xoş, şirindilli, ürəyiaçıq. ..Hamı müsəlmanlar sənin kimi.. xoşdil ola idilər. U.Hacıbəyov.

XOŞƏHVAL(LI) (ID - 17857)

sif. [fars. xoş və ər. əhval] Xoşxasiyyətli, xoştəbiət, yumşaq, xoşqılıq, əhvallı. Xoşəhvallı adam. - Mirzə Abbasqulu ortaboylu, xoşsifət, xoşəhval və şirinsöhbət bir kişi idi. M.Tahirli.

XOŞƏXLAQ(LI) (ID - 17858)

sif Yaxşı əxlaqlı, gözəl xasiyyətli, xoşxasiyyət. Xoşəxlaq adam. [Rza:] Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. M.İbrahimov.

XOŞƏXLAQLILIQ (ID - 17859)

is. Xoşəxlaq adamın keyfiyyəti, əxlaq gözəlliyi, əxlaqca yaxşılıq.

XOŞƏMƏL (ID - 17860)

sif Təmiz, əxlaqlı. Xoşəməl adam.

XOŞƏTİR (ID - 17861)

[fars. xoş və ər. ətr] bax xoşbu(y).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed