
XOŞALLANMAQf Bir şeydən xoş təsir duymaq, ləzzət aparmaq, nəşə duymaq, xoş hisslər duymaq. Oğlan yeyə-yeyə qulaq asır, qəlbində xoşallanır, sevinirdi. Çəmənzəminli. Bu şaxtalı gecənin yarısında od onları xoşallandırdı. S.Rəhimov. [Budaq:] Anam əllərini gəzdirdikcə yorğunluğum çıxır, xoşallanırdım. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|