
XOŞAXOŞLUQ, XOŞAMXOŞLUQ zərfi Öz xoşu ilə, istəyilə, könüllü olaraq, istəyərək. [Sultan bəy:] Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar; yoxsa, görünür ki, xoşaxoşluq ilə getməyəcəkdir. Ü.Hacıbəyov. [Hacı Əli:] Hörmətli ağalar! Məmmədəli Mirzəyə məşrutəni elan etməkdən çətin dərd ola bilməz. O, xoşamxoşluq ilə bu işi etməyəcəkdir. P.Makulu.
Paylaşın - Hamı bilsin
|