
XORUZBEÇƏis. 1. Cavan xoruz, çolpa. [Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama da tapa bilmir. C.Cabbarlı. [Rüstəm Səkinəyə:] Qaraşı çağır, qoy xoruz-beçədən də üç-dördünü kəssin, çığırtma düzəlt. M.İbrahimov.
məc. Qışqırıqçı, davakar. [Fatma xanım:] Səni öyrədənin ciyəri dağlansın, mənə xoruzbeçə deyirsən! N.Vəzirov. Paylaşın - Hamı bilsin
|