İzahlı lüğət

XƏLBİRLƏNMƏ (ID - 17362)

“Xəlbirlənmək” dən f.is.

XƏLBİRLƏNMƏK (ID - 17363)

məch. Xəlbirdən keçirilmək, xəlbirlə təmizlənmək. Arpa xəlbirləndi.

XƏLBİRLƏTMƏ (ID - 17364)

“Xəlbirlətmək” dən f.is.

XƏLBİRLƏTMƏK (ID - 17365)

icb. Xəlbirləmə işi gördürmək. Buğdanı xəlbirlətmək.

XƏLBİRVARİ (ID - 17366)

sif. Xəlbirə oxşayan, xəlbirə bənzər.

XƏLƏF (ID - 17367)

is. [ər.] 1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam. M.F.Axundzadənin xələfləri. - Ya tələfi olmalı, ya xələfi. (Ata. sözü). [Səttarzadə] təklikdə, ya evdə nə...

XƏLƏL (ID - 17368)

is. [ər.] Pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan. Qəflət xələlindən ayrılardın; Əlbəttə kim olduğun bilərdin. Füzuli. Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani....

XƏLƏLDAR (ID - 17369)

sif. [ər. xələl və/ars. ...dar] Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş, pozulmuş, dağılmış, korlanmış; nöqsanlı. Xələldar etmək (eləmək) - pozmaq. ..1905-ci il inqilabının dalğaları.. bu küçənin sakitliyini xələldar...

XƏLƏT (ID - 17370)

is. [ər.] 1. Bəxşiş, hədiyyə. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. “Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev. [Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə...

XƏLƏT-BARAT (ID - 17371)

top. [ər.] Bağışlanan şey, pul və s.; bəxşeyiş, hədiyyə. On səkkiz gün toyda qalandan sonra aşıq xələt-baratını da götürüb, yola düşdü. Aşıq Ələsgər. [Vaqif Kazıma:] Nahaq yerə xanın key/i tutulanda imarətə gəlmirsən....

XƏLƏTLİK (ID - 17372)

1. Bax xalatlıq.
2. sif. Hədiyyə, pay olaraq verilmiş, ya ayrılmış. Xələtlik şeylər.

XƏLFƏ (ID - 17373)

is. [ər.] 1. Köhnə məişətdə: toy və yas məclislərini idarə edən şəxsə verilən ad. Son zamanlaradək Kəblə Nəsiri məhəllənin xeyir və şərində “xəlfə” görmək olardı. S.Hüseyn. Dərhal xəl/ə ağ qalaylanmış mis satıllarda...

XƏLFƏLİK (ID - 17374)

is. Xəlfənin işi, vəzifəsi; məclisdə başçılıq.

XƏLİC (ID - 17375)

is. [ər.] köhn. 1. Körfəz.
2. Boğaz, kanal.

XƏLİFƏ (ID - 17376)

is. [ər.] 1. tar. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr...

XƏLİFƏLİK (ID - 17377)

is. 1. Xəlifənin hakimiyyəti altında olan yerlər, məmləkətlər.
2. Xəlifə ünvanı (titulu).

XƏLİTƏ (ID - 17378)

is. [ər.] 1. Bax külçə1

XƏLQ (ID - 17379)

is. [ər.] klas. 1. Yaratma, yaradılış. Xəlq etmək (eləmək) - yaratmaq, vücuda gətirmək. [Abbas:] Mənim meylim elə sənnən xoş olub; Nə xoş xəlq eyləyib yaradan səni. “Abbas və Gülgəz”. [Arif:] Insanları xəlq etmədə var bəlkə...

XƏLQİ (ID - 17380)

sif Xalqa məxsus, xalqa aid, xalqla bağlı; xalq ruhunda olan, xalqın arzu və əməllərini, əhval-ruhiyyəsini ifadə edən.

XƏLQİLİK (ID - 17381)

is. Xalqla bağlı olma, xalqın arzu və əməllərini, əhval-ruhiyyəsini ifadə etmə. Azərbaycan dramaturgiyasının xəlqiliyi. Musiqinin xəlqiliyi. - Xəlqilik Cəlil Məmmədquluzadə yaradıcılığının, onun tənqidi realizminin ən güclü...

XƏLVƏT (ID - 17382)

[ər.] 1. is. Tənha yer, gizli yer, heç kəs olmayan yer. Xəlvətə çəkilmək. Nə xəlvətdə oturmusan? - Vermərəm aləmə xəlvət otaqda; Deyib, gülüb danışmağı səninlə. Q.Zakir. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki...

XƏLVƏTCƏ (ID - 17383)

zərf Gizli, gizlicə, heç kəsə hiss etdirmədən, heç kəsə bildirmədən, xəlvət. Xəlvətcə götürmək. Xəlvətcə yemək. Xəlvətcə çıxıb getmək. - ..Küçənin dönəcəyində yavaşca yapışdım arvadın əlindən və xəlvətcə...

XƏLVƏTXANA (ID - 17384)

is. [ər. xəlvət və fars. ...xanə] 1. köhn. Xəlvət ev, xəlvət hücrə, yer, xəlvət işlər görülən yer, ev və s. [Bağdadda] minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi.
dan. Xəlvət, tənha, adam...

XƏLVƏTİ (ID - 17385)

sif. və zərf 1. Gizlicə, xəlvətcə. Xəlvəti danışıq. Xəlvəti iş. Xəlvəti hazırlaşmaq. - [Əbdül Bəhrama:] Ağa, izin versəniz, bir kəlmə xəlvəti sizə söz deyim? Cabbarlı. Mətbəxdəki qadınlar qapının arasından, pəncərənin...

XƏLVƏTLƏMƏ (ID - 17386)

“Xəlvətləmək” dən f.is.

XƏLVƏTLƏMƏK (ID - 17387)

f Gizli, xəlvət iş görmək üçün məqam və ya yer tapmaq, fürsət tapmaq. Evi xəlvətləmək. Aranı xəlvətləmək.
Şimirəli Sonaya tərəf gedir və xəlvətlənib onu çimdikləyir. C.Məmmədquluzadə.

XƏLVƏTLİK (ID - 17388)

is. Xəlvət məqam, xəlvət şərait, fürsət. Ev xəlvətlikdir. - Dilən onun boynunu qucaqladı.. xəlvətlik idi. Mir Cəlal. // Tənhalıq; heç kəs olmadığı vəziyyət, şərait; xəlvət yer. Zakirlə Mehribanın oturduqları xiyaban xəlvətlik...

XƏMİR (ID - 17389)

is. 1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri. Xəmir yeyənin fağırı olmaz. (Ata. sözü). [Rəşid:] Xəmir gəldiyinə görə çörəyi yapmaq lazım gəlir....

XƏMİRAĞIZ (ID - 17390)

XƏMİRAĞIZLIQ (ID - 17391)

is. Ağzıboşluq, zabitəsizlik, iradə zəifliyi, qeyri-ciddilik, sözükeçməzlik.

XƏMİRAŞI (ID - 17392)

is. Əriştə ilə bişirilən, xəmirli duru xörək. Molla Qasım oğlu Məmmədin qabağına da bir qab xəmiraşı qoyuldu. M.S.Ordubadi. Doğranmış duzlu xiyar, iki boşqab xəmiraşı ağ süfrənin üstünü bəzədi. M.Hüseyn.

XƏMİRAŞILIQ (ID - 17393)

sif. Xəmiraşı bişirmək üçün hazırlanan, yarar. Xəmiraşılıq un ayırmaq.

XƏMİRÇƏK (ID - 17394)

bax qığırdaq.

XƏMİRÇİ (ID - 17395)

is. Xəmiryoğuran, xəmirgir.

XƏMİRÇİLİK (ID - 17396)

is. Xəmir yoğurma, xəmirhazırlama işi; xəmirgirlik.

XƏMİRGİR (ID - 17397)

is. [ər. xəmir və fars. ...gir] Çörəkxanalarda xəmiryoğuran, xəmirtutan işçi. Məsum kişi xəmirgirin sözündən köyrəldi. Mir Cəlal.

XƏMİRGİRLİK (ID - 17398)

is. Xəmirgir işi, xəmiryoğurma peşəsi. Xəmirgirlik eləmək.

XƏMİRXANA (ID - 17399)

is. [ər. xəmir və fars. ...xanə] Çörəkxanalarda xəmir yoğurulan, xəmir hazırlanan yer. Məşədi Hüseyn qolu çirməkli, döşü önlüklü xəmirxanadan kürəxanaya keçir, dayanmadan geri qayıdırdı. Mir Cəlal.

XƏMİRLƏMƏ (ID - 17400)

“Xəmirləmək” dən f.is.

XƏMİRLƏMƏK (ID - 17401)

f 1. Undan xəmir yoğurmaq.
2. Xəmirlə, ya xəmirəoxşar şeylərlə dəlmədeşiyi tutmaq, tıxamaq.

XƏMİRLƏŞMƏ (ID - 17402)

"Xəmirləşmək” dən f.is.

XƏMİRLƏŞMƏK (ID - 17403)

f Xəmirə dönmək, xəmir kimi olmaq; yumşalmaq.

XƏMİRLİ (ID - 17404)

sif Xəmirə batmış, xəmirə bulaşmış. Xəmirli əllər. Xəmirli döşlük. Xəmirli qablar. - Tükəzban xala sevindiyindən özünü itirib əli ilə xəmirli-xəmirli oğlunun boynunu qucaqlamışdı. İ.Şıxlı.

XƏMİRYAYAN (ID - 17405)

is. Hazır xəmiri yaymaq üçün xüsusi maşın, alət. // Sif. mənasında. Xəmiryayan maşın.

XƏMİRYOĞURAN (ID - 17406)

is. Xəmir yoğurmağa məxsus xüsusi maşın, alət. // Sif. mənasında. Xəmiryoğuran maşın. // b a x xəmirgir.

XƏMRƏ (ID - 17407)

is. Maya, acıtma, balata. Una xəmrə qatmaq. Xəmrəsi, urvası xəmirsiz qalıb; Dünya düzəlmir ki, düzəlmir, baba! M.Araz.

XƏMRƏLİ (ID - 17408)

sif Xəmrə, maya vurulmuş. Xəmrəli çörək.

XƏMRƏLİK (ID - 17409)

is. Xəmrə üçün ayrılmış xəmir tikəsi, mayalıq xəmir.

XƏMRƏSİZ (ID - 17410)

sif Xəmrə qatılmamış. Xəmrəsiz çörək.

XƏMSİ (ID - 17411)

is. zool. Siyənəyəoxşar dəniz balığı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed