İzahlı lüğət

XƏLVƏT

[ər.] 1. is. Tənha yer, gizli yer, heç kəs olmayan yer. Xəlvətə çəkilmək. Nə xəlvətdə oturmusan? - Vermərəm aləmə xəlvət otaqda; Deyib, gülüb danışmağı səninlə. Q.Zakir. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev.
sif Adamsız, boş, gediş-gəliş olmayan. Zora xəlvət küçələrin birində divara vərəqə yapışdırmaq istərkən, almanca danışıq səsləri eşitdi. S.Vəliyev.
zərf Xəlvətcə, gizlicə. Xəlvət pıçıldaşmaq. Xəlvət göz qoymaq. - [Alı bəy:] Ay Zeynal, Hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi? Çəmənzəminli. Sərvətə qul olan bir rüşvətxorun; Xəlvət qazandığı var-dövlət oldu; Aşkar itirdiyi ləyaqət oldu. Vahabzadə. // sif Gizli, xəlvəti, məhrəmanə. Xəlvəti söhbətimiz var. - Sənin gözəlliyinin mən də çoxdan aşiqiyəm; Nə xəlvəti demək olmur, nə aşikarə sənə. Ə.Vahid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed