İzahlı lüğət

XƏMİR

is. 1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. Acıtmalı xəmir. Düşbərə xəmiri. Xəmir yeyənin fağırı olmaz. (Ata. sözü). [Rəşid:] Xəmir gəldiyinə görə çörəyi yapmaq lazım gəlir. T.Ş.Simurq. □ Xəmir yoğurmaq (qatmaq, salmaq) - çörək bişirmək üçün xəmir hazırlamaq. ..İki ildir ki, Sadıq Şamaxıda Rzanın çörəkçi dükanında xəmir salırdı. “Mol. Nəsr.”. Qız zərif əlləri ilə paltar yudu, xəmir yoğurdu, hətta axır zamanlar çörək yapmaq da ona həvalə olundu. T.Ş.Simurq. [Göyçək:] Mən heç bilməmişəm ki, Çiçək xəmir qatacaq. Bayramov. // Yumşaq şey haqqında. Bu lap xəmirdir ki.
2. Çiy, yaxşı bişməmiş çörək haqqında. Bulka lap xəmirdir.
□□ Xəmir kimi - yorğun, əzgin, lırt. [Xalığın] anası Minnət qarı bir teşt xəmir kimi idi, hara qoysan, orda dururdu. İ.Məlikzadə. Xəmiri yumşaq (sıyıq) - tez yumşalan, iradəsi zəif adam haqqında. Çox xəmiri sıyıq adamdır. Xəmirinə özgə mayası qatmamaq - öz halal zəhmətilə yaşamaq mənasında. [Səkinə:] Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. M.İbrahimov. Xəmirləri ayrı cür yoğrulub - xasiyyətcə bir-birindən çox fərqlənən adamlar haqqında. [Qulu:] İmi və Ciminin xəmirləri ayrı cür yoğurulub. İ.Əfəndiyev. Bu xəmir (hələ) çox su aparacaq (götürəcək) - çox vaxt, çox səy, sınaq, zəhmət tələb edən, tez başa gəlməyən şey haqqında. [Mürsəl:] Paşa bəy böyüklərinə bel bağlayır, biz də elə arxalanırıq. Zərər yoxdur, necə deyərlər, bu xəmir çox su götürəcək. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed