İzahlı lüğət

XƏLƏF

is. [ər.] 1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam. M.F.Axundzadənin xələfləri. - Ya tələfi olmalı, ya xələfi. (Ata. sözü). [Səttarzadə] təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai yerlərdə öz xələflərini görür.. Mir Cəlal.
2. Övlad, varis. Gör qılsa onu tələfi həvadis! Yox bir xələfi ki ola varis. Füzuli. Derdim ki, gözəl xələfi olarsan; Bir ailəyə şərəfi olarsan. M.Ə.Sabir. Oğlunun özünə layiq bir xələfi olacağından fərəhlənib, xan qocalıq günlərini şad və rahat keçirmək ümidində idi. M.Rzaquluzadə. // Nəsil, soy. Öz xələfin gərək gözləyə kişi.. Q.Zakir. Sən də onun kimi qocalacaqsan, hörmət umacaqsan xələflərindən. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed