İzahlı lüğət

XƏLƏT

is. [ər.] 1. Bəxşiş, hədiyyə. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. “Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev. [Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən? S.S.Axundov. // Toy, nişan mərasimlərində verilən hədiyyə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski.
2. Bax xalat 2-ci mənada. Sonra üzün dörd nə/ər hazırda olan pişxidmətlərə tutub dedi ki: - Xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin! M.F.Axundzadə. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbül/ət Mirzə əynində tirmə xələt qapını açdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed