
XƏLƏLDARsif. [ər. xələl və/ars. ...dar] Bir hadisə, iş və s. nəticəsində xələl dəymiş, pozulmuş, dağılmış, korlanmış; nöqsanlı. Xələldar etmək (eləmək) - pozmaq. ..1905-ci il inqilabının dalğaları.. bu küçənin sakitliyini xələldar edib, durğun həyatını çalxalandırmağa başladı. S.Hüseyn. Sübhanverdizadə heç bir vaxt yaratmış olduğu bu nüfuzu xələldar etmək və pərdəni yırtmaq istəməzdi. S.Rəhimov. Xələldar olmaq - pozulmaq, dağılmaq. [Əbülhəsənbəy:] Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz. M.S.Ordubadi. Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.
Paylaşın - Hamı bilsin
|