İzahlı lüğət

XƏLƏL

is. [ər.] Pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan. Qəflət xələlindən ayrılardın; Əlbəttə kim olduğun bilərdin. Füzuli. Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. □ Xələl dəymək (yetişmək) ziyan dəymək, zərər çəkmək. Dostluğa xələl dəymək. - [Əbülhəsənbəy qadına:] Sizin gözəlliyinizə heç bir xələl yetişməmişdir. M.S.Ordubadi. Xələl gəlmək - ziyanı, zərəri olmaq; pozulmaq; eyibli, nöqsanlı olmaq. ..Eyni musiqi parçasını biz vaxt etibarilə tez və ya yavaş bir sürətlə i/a edə bilərik, halbuki bundan musiqinin ölçüsünə heç bir xələl gəlməz, çaldığımız musiqinin ölçüsü heç də dəyişməz. Ə.Bədəlbəyli. Xələl vermək (vurmaq, gətirmək, qatmaq) - ziyan vurmaq, zərər gətirmək, pozmaq, xarab etmək, eyibli, nöqsanlı etmək. Gözəlliyinə xələl gətirmək. Sevincinə xələl qatmaq. Oyuna xələl vurmaq. Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Çəmənzəminli. [Cəmil] yenə Tahirlə dost olduğunu və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilməyəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi. M.Hüseyn. Xanım .. [uşaqlara] baxır və onların oyununa xələl qatmaq istəməyərək oğlunun məğlubiyyətinə o qədər də əhəmiyyət vermirdi. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed