İzahlı lüğət

XATIRLADILMA (ID - 17262)

XATIRLADILMAQ (ID - 17263)

məch. 1. Xatirə salınmaq, yada salınmaq.
2. Xəbərdarlıq edilmək, məzəmmətləndirilmək.

XATIRLAMA (ID - 17264)

“Xatırlamaq” dan f.is.

XATIRLAMAQ (ID - 17265)

f Yada salmaq, xatirinə gətirmək, yad etmək, anmaq. [Student] birdən-birə ev sahiblərinin qonaq otağında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli. Kim məni xatırlasa; Çıxaraq sahillərə; Mavi Xəzərə baxsın. N.Xəzri. Azad...

XATIRLANMA (ID - 17266)

“Xatırlanmaq” dan f.is.

XATIRLANMAQ (ID - 17267)

məch. Yada salınmaq, xatirə gətirilmək, anılmaq, yad edilmək.

XATIRLATMA (ID - 17268)

“Xatırlatmaq” dan f.is.

XATIRLATMAQ (ID - 17269)

f Yadına salmaq. Bu xoş ətir nədənsə Mehribana nənəsini xatırlatdı. H.Seyidbəyli. Bəs nədəndir səni mənə xatırladır; Susuz yanan hər çöl, hər düz? N.Rəfibəyli. // Andırmaq, oxşamaq, yadına salmaq (oxşar bir şeyi). Axşamüstü...

XATİMƏ (ID - 17270)

is. [ər.] 1. Son, axır. □ Xatimə çəkilmək - son qoyulmaq, bitirilmək. [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn. Xatimə çəkmək - son qoymaq, tamamlamaq, bitirmək....

XATİR (ID - 17271)

is. [ər.] 1. İnsanın keçmişdə olmuş bir şeyi yadda saxlama qabiliyyəti; yaddaş, zehin. O əhvalat indi də xatirimdədir. Xatirində varmı boranlı çağlar? Bürümüşdü bizi zalım qaçaqlar. M.Müşfiq. □ Xatirə düşmək (gəlmək)...

XATİRAT (ID - 17272)

is. [ər. “xatirə” söz. cəmi] Xatirdə, yadda qalan şeylər. // Keçmiş hadisələr haqqında şəxsi xatirələrdən ibarət əsər və s. [Müəllim:] Sən mənə birgünlük xatiratını yaz, gətir. Qantəmir. Bu, Mustafanın xatirat dəftərçəsindən...

XATİRCƏM (ID - 17273)

sif və zərf [ər.] Arxayın, sakit, rahat, asudə. Xatircəm yaşamaq. [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev....

XATİRCƏMLİK (ID - 17274)

is. Arxayınlıq; həyəcan, iztirab, narahatlıq, inamsızlıq olmadığı hal; işin tam uğur və müvəffəqiyyətlə nəticələnəcəyinə arxayın olma. □ Xatircəmlik vermək - arxayınlıq vermək, arxayın etmək, xatircəm etmək, nigarançılıqdan...

XATİRCƏMLİKLƏ (ID - 17275)

zərf Xatircəm halda, rahat-rahat, narahat olmadan, arxayın halda. Yədullah xan xatircəmliklə çaparı yola saldı. S.Rəhimov. ..Ağasəfər gördüyü pis yuxunu yadından çıxarmağa çalışıb, buna müvəffəq olan adamlara məxsus arxayınlıq...

XATİRƏ (ID - 17276)

is. 1. İnsanın yadında, hafizəsində qoruyub saxladığı hər hansı bir hadisə, iş və s., keçmişdə olmuş hər hansı bir hadisəni, işi və s.-ni xatırladan şey. Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər...

XATUN (ID - 17277)

b a x xatın. Itirilən gənclik üçün artıq həsəd və qısqanclıq xanla xatunu qəribə bir təbə salırdı. S.Rəhimov. // bax xanım 4-cü mənada. Atabəy verdiyi əmr üzərinə Qətibə xatun məcburi olaraq Köşkbaği-müəzzəmdə düşüb...

XAVƏRAN (ID - 17278)

is. [fars.] Klassik Şərq muğamlarından birinin adı.

XAY (ID - 17279)

is. Dənizdə, göldə, çayda tam sakitlik, sakit hava, küləksizlik. Hava xoş, dəniz xay, əncir-üzüm bol; Dənizdə oğlanlar, qızlar çimirlər. R.Rza. // Sif. mənasında. Əsəbləri sığallayır bu xoş hava, bu xay hava; Gözəlliklər...

XAYA (ID - 17280)

is. [fars.] anat. Erkəklik vəzilərinin yerləşdiyi kisəcik. // Erkəklik vəziləri.

XAYIR (ID - 17281)

bax xeyr 1-ci mənada. [Səlma:] Neçin o indi olsun böylə qafil? Xayır, xayır, oğlum vəfasız deyil. H.Cavid. Xayır! Məhəbbətin gözü kor olur; Onda nə ehtiyat, nə imtahan var! S.Vurğun.

XE (ID - 17282)

“X” hərfinin və bu hərflə işarə olunan samitin adı.

XEYİR (ID - 17283)

is. [ər.] 1. Fayda, mənfəət. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Mir Cəlal. □ Xeyir dəymək...

XEYİR-BƏRƏKƏT (ID - 17284)

is. [ər.] Yaşayışda bolluq, firavanlıq, rifah; adamlara xeyir, fayda verən şeylər. Böyüksüz evdə xeyirbərəkət olmaz. (Ata. sözü). [Gülüşgəlin:] Indicə-indicə evimizə xeyir-bərəkət gəlir. S.Rəhimov. Bəylik, göylük, səylik...

XEYİR-DUA (ID - 17285)

is. [ər.] Səadət, xoşbəxtlik, xoşgün, uğur diləyi. ..Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını; sonra nəçərnik özü başlayıb bir xütabə oxudu.. C.Məmmədquluzadə. Qayınatası da gəlinin üzünə qarşı xeyir-dualar...

XEYİR-DUAÇI (ID - 17286)

is. Bir yaxşılığa görə birinə uğur, xoşbəxtlik, səadət diləyən adam, minnətdar. İyid istərəm ki, yayımı əyə; Bu şeşpərim ola, sinəmə döyə; Xeyir-duaçı ollam, düşərəm önə; Göndər, türkmanlardan xanlarım gəlsin!...

XEYİRXAH (ID - 17287)

sif [ər. xeyir və fars. xah] Başqasının və hamının yaxşılığını istəyən, başqalarına kömək edən, yaxşılığa çalışan; qayğıkeş. Xeyirxah adam. - [Almaz Xanımnaza:] Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim....

XEYİRXAHCASINA (ID - 17288)

zərf Xeyirxahlıqla, xeyirxah adama yaraşan bir tərzdə. Xeyirxahcasına kömək. Xeyirxahcasına münasibət.

XEYİRXAHLIQ (ID - 17289)

is. Başqalarına xeyirxah münasibət; yaxşılığa çalışma; qayğıkeşlik, qeydkeşlik, yaxşılıq, kömək. Bu sözü mən xeyirxahlıqdan ərz edirəm, qorxuram səni pul üstə o qədər əzələr ki, şişib dama dönəsən, pul ilə zarafat...

XEYİRXƏBƏR (ID - 17290)

is. [ər.] Xoş xəbər, ürəkaçan, şad xəbər. Deyəsən, xeyirxəbərin var. [Qadın:] Sən də gərək Hafizdən bir fal açasan, görək qubernator xeyirxəbər gətirəcəkdimi? M.S.Ordubadi. // Xeyirxəbər gətirən. Telli xala bu xeyirxəbər...

XEYİRLƏŞMƏ (ID - 17291)

“Xeyirləşmək” dən f.is.

XEYİRLƏŞMƏK (ID - 17292)

f Sövdəni, alver razılığını bir-birinin əlini tutmaqla kəsmək, bitirmək, sövdələşməni həll etmək.

XEYİRLİ (ID - 17293)

sif Xeyir verən, xeyri olan; gəlirli, qazanclı, əlverişli. Xeyirli iş. Xeyirli sənət. - [Keçəl:] Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. “Aşıq Qərib”. Qonşum elə güman eləyib ki, dünyada yazıçılıqdan asan,...

XEYİRLİK (ID - 17294)

is. Yaxşılıq, yaxşı iş, xeyir iş, xeyirliyə olan iş (toy, bayram və s.). Xeyirliyə gəlmək. Xeyirliyə çalışmaq. Təzə evdə ilk süfrə xeyirliyə açılmışdı.
□□ Ağzını xeyirliyə açmaq - b ax ağzını xeyrə açmaq...

XEYİRLİLİK (ID - 17295)

is. Xeyir vermə; mənfəətlilik, gəlirlilik, qazanclılıq. Peşənin xeyirliliyi. Işin xeyirliliyi. // Faydalılıq, fayda vermə qabiliyyəti; yaxşı təsir. Dərmanların xeyirliliyi. Mədən sularının səhhətə xeyirliliyi.

XEYİRSİZ (ID - 17296)

sif. Heç kəsə xeyri, yaxşılığı toxunmayan, xeyir verməyən. Xeyirsiz adam. - Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev. Hamı...

XEYİRSİZLİK (ID - 17297)

is. Heç bir xeyir, fayda verməmə, heç bir xeyri, faydası olmama, faydasızlıq, nəticəsizlik.

XEYİRSÖYLƏMƏZ (ID - 17298)

sif. Ağzını pisliyə açan, ağzına heç bir xeyir söz, xeyirxahlıq gəlməyən, nəhs danışan. Vardı bir xeyirsöyləməz nadan; Dilinə xeyir gəlməyib bir an. S.Ə.Şirvani. - E-e-e! - deyə, Əhməd qəzəblə qışqırdı, - belə də...

XEYİR-ŞƏR (ID - 17299)

is. [ər.] Toy və ya yas, şadlıq və ya kədər olan yer və bunlarla əlaqədar işlər, mərasim. Xeyir-şərdə iştirak etmək. Xeyir-şər məclisində olmaq. - Yasda, toyda, hamamda, məsciddə, müxtəsər “hər yanda aşdı, orada başdı”,...

XEYLAQ (ID - 17300)

dan. “Xeyli” sözünün canlı dildə işlənən forması. Xeylaq adam. Xeylaq mal. Xeylaq iş görmək. - Bahadır dəftərçəsinə xeylaq yazandan sonra meşədə gəzirdi. N.Nərimanov.

XEYLİ (ID - 17301)

sif. və zərf. Olduqca çox, çoxlu, bir çox. Xeyli adam gəlmişdi. Xeyli kitabı var. O hadisədən xeyli zaman keçmişdir. - [Şah:] Öylə isə, sən bizə bir ay möhlət ver, biryol ilə sənə xeyli pul qazandıraram. U.Hacıbəyov. // Olduqca,...

XEYLİCƏ (ID - 17302)

sif. və zərfi Olduqca çox, çoxlu, külli miqdarda. Xeylicə pulu var. Xeylicə kitabı var. // Adi qaydadan çox, bir qədər artıq. Xeylicə gəzdik. Xeylicə söhbətləşdik. Axşam küləyi qalxar, əsər xeylicə yüngül; Gül ətrini duyduqca...

XEYMƏ (ID - 17303)

is. [ər.] Çadır. Ey baba bəy, bu humayun əsgərin; Seşənbədə sərmənzili Car oldu. Məşriq tərəfində tazə qələnin; Qurulub xeymələr bərqərar oldu. Q.Zakir. Ki, nagəh xeymə dalından bir övrət; Dedi ey hatəm, ey şahi-səxavət!...

XEYMƏGAH (ID - 17304)

is. [ər. xeymə və/ars. ...gah] Xeymələr (çadırlar) qurulmuş yer, düşərgə. Islam tarixinə daxil olmuş o qara xeyməgah artıq il yarım idi ki, nəhəng bir qara quş kimi mənzil-mənzil qonaraq Məğribdən-Məşriqə doğru hərəkət...

XEYR (ID - 17305)

əd. [ər.] Bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir. Suallarla razısan? - Xeyr. Gəzmək istəyirsən? -Xeyr. Gələcəksənmi? -Xeyr. Eldarı hələ unutmamışsınızmı? - Xeyr, unutmamışam. S.Hüseyn. [Vaqif:]...

XEYRAT (ID - 17306)

is. [ər.] din. Ölmüş adamın xatirəsinə verilən yemək; ehsan. Dedi ki, mən edən zamanda vəfat; Dəfn edin, verməyin mənə xeyrat. S.Ə.Şirvani. ..Elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil və nəsihət...

XEYRƏ (ID - 17307)

is. Misdən, alüminiumdan, saxsıdan və s.-dən qayrılan dəyirmi, dərin qab. Əti xeyrədə yumaq. Meyvəni xeyrəyə qoymaq.

XEYRİ, XEYRİGÜLÜ (ID - 17308)

is. Qırmızı rəngli, topləçəkli gül; məxmərgülü. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi.

XEYRİYYƏ (ID - 17309)

sif. [ər.] Xeyir iş, ehtiyacı olanlara kömək, yardım məqsədini güdən. Xeyriyyə cəmiyyəti - 1920-ci il inqilabından əvvəl maarif, səhiyyə, mədəniyyət və s.-ni inkişaf etdirmək məqsədi ilə camaatdan pul toplayan cəmiyyət. [Mirzə...

XEYRİYYƏÇİ (ID - 17310)

is. Xeyriyyə cəmiyyətinin işində iştirak edən, xeyriyyə cəmiyyətinin üzvü.

XƏBƏR (ID - 17311)

is. [ər.] 1. Bir iş, hadisə və s. haqqında məlumat. Nə lazım olmuşdu ki, belə dəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özünü dəxi həlakətə sala? M.F.Axundzadə. Bu yavuqlarda bizim sahibmənsəblərdən birisinin...

Bu səhifə dəfə baxılıb

......