İzahlı lüğət

XEYİR-ŞƏR

is. [ər.] Toy və ya yas, şadlıq və ya kədər olan yer və bunlarla əlaqədar işlər, mərasim. Xeyir-şərdə iştirak etmək. Xeyir-şər məclisində olmaq. - Yasda, toyda, hamamda, məsciddə, müxtəsər “hər yanda aşdı, orada başdı”, xeyir-şər Tükəzbansız keçməzdi. B.Talıblı. [Zeynal:] Hansı tacirin evində xeyir-şər olanda Nisə arvadı çağırmayıblar? Ə.Əbülhəsən. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi, kəndin bütün xeyir-şər işlərinə də qarışırdı. S.Qədirzadə.
□□ (Öz) xeyir-şərini bilmək (anlamaq, qanmaq) - özünə nəyin xeyirli və nəyin zərərli olduğunu bilmək, başa düşmək, anlamaq, ona müvafıq də hərəkət etmək. Çox da nadan deyiləm, anlamayım xeyrü şərim. S.Ə.Şirvani. Xeyrü şərin qan, oğlum! Öz halına yan, oğlum! A.Səhhət. [Rəsul:] Vaxtında bu qoyun kimi camaat xeyir-şərini gözəlcə anlayacaq. Ə.Haqverdiyev. Xeyrəşərə yarayan - həm xeyir işdə, həm də yasda adamlara yaxından kömək edən. Bu adam xeyrə-şərə yarayan deyil, - “Şahsənəm xala” deyilən aralıq arvadı idi, xeyrə-şərə yarayan idi, hamının dərdi-dilinə yetişən (idi)... E.Sultanov. Xeyrə-şərə yaramayan (yaramaz) - xeyirdə-şərdə iştirak etməyən, başqalarının dərdinə, qəminə yetişməyən, laqeyd, yararsız, bacarıqsız adam haqqında. Xeyrə-şərə yaramaz oğul. Bikef bad xeyrə-şərə yaramayan, fərdi həyat sürən bir adamdı. Çəmənzəminli. [Rüstəm Səkinəyə:] Axı adət var. Qaytararsan, dalınca min söz deyərlər. Adın qalar xeyrəşərə yaramaz. M.İbrahimov. Sərhəd boyunda Şöklü Məlik deyilən xeyrə-şərə yaramaz, kimsəyə yovuşmaz qəribə xasiyyətli qərib bir bəy yaşayırdı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed