İzahlı lüğət

XATİMƏ

is. [ər.] 1. Son, axır. □ Xatimə çəkilmək - son qoyulmaq, bitirilmək. [Şükür] hökumət kabinəsinin süqutilə bütün narəva hallara bir xatimə çəkiləcəyinə inanırdı. S.Hüseyn. Xatimə çəkmək - son qoymaq, tamamlamaq, bitirmək. Səfərə çıxmaq həvəsinə xatimə çəkdim. Xatimə vermək - bitirmək, tamamlamaq, nöqtə qoymaq. [Qoca Sərdara:] Mən istəyirəm ki, iş uzanmasın, biz [düşmənin] işinə xatimə verək. P.Makulu. Kitabın axırına əlavə olunan və əksərən onun xülasə və nəticəsini təşkil edən hissə. Nizaminin mükafat aldığı kəndin nəhayət dərəcədə dəyərsiz olduğunu kitaba yazılmış xatimədən də anlamaq olur. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOY

......