
XEYLİ sif. və zərf. Olduqca çox, çoxlu, bir çox. Xeyli adam gəlmişdi. Xeyli kitabı var. O hadisədən xeyli zaman keçmişdir. - [Şah:] Öylə isə, sən bizə bir ay möhlət ver, biryol ilə sənə xeyli pul qazandıraram. U.Hacıbəyov. // Olduqca, son dərəcə. Onun halı xeylipərişan idi. - Bu suallar məni xeyli təəccübləndirdi. A.Divanbəyoğlu. □ Bir xeyli - 1) uzunuzadı. Söhbət davam edir bir xeyli... Leyla; “Daha yetər”, - deyə qalxır yerindən. B.Vahabzadə; 2) çoxlu, külli miqdarda. [Dürrənin] ətrafına bir xeyli arvad toplanmışdı. S.Vəliyev.
Paylaşın - Hamı bilsin
|