İzahlı lüğət

XEYİRLİ

sif Xeyir verən, xeyri olan; gəlirli, qazanclı, əlverişli. Xeyirli iş. Xeyirli sənət. - [Keçəl:] Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. “Aşıq Qərib”. Qonşum elə güman eləyib ki, dünyada yazıçılıqdan asan, yazıçılıqdan xeyirli peşə yoxdur. S.Rüstəm. // Faydalı, xeyirli, əlverişli, xeyir verən. Xeyirli şərait. Xeyirli məsləhət. Ancaq məndən soruşsan, çətin olsa da, inan; İnsan olmaq yaxşıdır, adi, xeyirli insan! R.Rza. // Cana, səhhətə xeyri, faydası olan. Badamlı çox xeyirli sudur. Xeyirli dərman. - [Qaçay Sevincə:] Son günlər yaman xeyirli sözlər danışırsan. Z.Xəlil. // Bərəkətli, bol, xeyir-bərəkətli. Bütün ellər xeyirli; Varlı aranda qaldı; Vaz keçib dağdan-daşdan; Yer tutdu, yuva saldı. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

X

XAN

XUB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed