
XEYİR-BƏRƏKƏT is. [ər.] Yaşayışda bolluq, firavanlıq, rifah; adamlara xeyir, fayda verən şeylər. Böyüksüz evdə xeyirbərəkət olmaz. (Ata. sözü). [Gülüşgəlin:] Indicə-indicə evimizə xeyir-bərəkət gəlir. S.Rəhimov. Bəylik, göylük, səylik olan məclisdə; Qaç ki, orda xeyir-bərəkət olmaz. Aşıq Ələsgər.
□□ Xeyir-bərəkətini qaçırmaq - qiymətdən salmaq, zərərə salmaq. [Yaşlı kişi tacirə:] Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan... deyərək, uzun-uzadı deyinərdi. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|