İzahlı lüğət

XATİRƏ

is. 1. İnsanın yadında, hafizəsində qoruyub saxladığı hər hansı bir hadisə, iş və s., keçmişdə olmuş hər hansı bir hadisəni, işi və s.-ni xatırladan şey. Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır. A.Şaiq. □ Xatirədən silinmək unudulmaq, yaddan çıxmaq. Xatirədən silmək - unutmaq, zehnindən çıxarmaq, həmişəlik olaraq yaddan çıxarmaq.
Bir adam və ya hadisə haqqında yadda qalan şey. Nə isə, Məsmənin yeganə, əziz oğlu haqqında şirin xatirələri tükənməz idi. Mir Cəlal. Qızdan yalnız xoş bir xatirə qalmışdı. S.Vəliyev. // Bir şeydən xatirə qalan, onu xatırladan hadisə və s. haqqında. Bu kitab atamdan qalma xatirədir.
Cəm şəklində: xatirələr - bax xatirat. Ədəbi xatirələr. “Xatirələr”ini çap etdirmək.
Yadigar mənasında. Səndən mənə bir ömürlük xatirə; Məndən sənə nə qalacaq, nə bilim? M.Araz. // Yaddaş üçün olan. Bu dəftər, anladığımıza görə, ya müşahidə və xatirə və yainki bir səyahət dəftəri olmalı idi. T.Ş.Simurq. Quşqonmazın başında; Bir qayanın qaşında; Üstü zərlə yazılmış; Xatirə lövhəsi var. H.Abbaszadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed