İzahlı lüğət

XATİRCƏM

sif və zərf [ər.] Arxayın, sakit, rahat, asudə. Xatircəm yaşamaq. [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev. Şahsənəm çolpa-cücələrini qanadının altına alıb, xatircəm yatmışdı. S.M.Qənizadə. □ Xatircəm etmək - arxayın etmək, sakitləşdirmək. Kosa klub müdirini xatircəm edib geri qaytardı. S.Rəhimov. Xatircəm olmaq rahat olmaq, arxayın olmaq, sakit olmaq. [Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “Aşıq Qərib”. 0ah övrət-uşağı tərəfindən xatircəm oldu. M.F.Axundzadə. [İsmət:] Getmiş, mollanı bulsun; Məktubu oxutsun, xatircəm olsun. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

X

XOY

......