İzahlı lüğət

XEYR

əd. [ər.] Bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir. Suallarla razısan? - Xeyr. Gəzmək istəyirsən? -Xeyr. Gələcəksənmi? -Xeyr. Eldarı hələ unutmamışsınızmı? - Xeyr, unutmamışam. S.Hüseyn. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Gözilə dünyada alovlar görən; Kəndistan yeridir, bəli, kəndistan! S.Vurğun. // Ümumiyyətlə, etiraz, narazılıq bildirir (bəzən təkrar şəklində). Xeyr, xeyr, - deyə qışqırdı. Xeyr, xeyr, razı deyiləm. - [Hacı Baxşəli:] Xeyr, Hacı Həsən ağa, qoy şeyx cənabları bizdə qonaq olsun. Məmmədquluzadə. [Sultan:] Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun. N.Nərimanov. // İnkar mənasında işlənir. - Xeyr, gözəl deyil, çirkindir. Xeyr, çox uşaqdır hələ. - [Həsən bəy:] Cavanlığı? Xeyr, Məşədi Ibad qocadır. Bəs nəyi? ..Məşədi Ibadın pulu, malı, dövləti? Ü.Hacıbəyov. Ondan uzaqlarda bir səyyarə var; Xeyr, səyyarə yox, bir təyyarə var. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed