XƏMSİN (ID - 17412)is. [ər.] Ərəblərdə: qışın, qırx günündən sonra gələn əlli günlük mövsümünün xalq təqvimində adı, habelə bu dövrdə əsən küləyin yerli adı. Yer üzündə quru küləklər çox yerdə müşahidə olunur və onların yerli...
|
XƏNCƏR (ID - 17413)is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar....
|
XƏNCƏRQAYIRAN (ID - 17414)bax xəncərsaz.
|
XƏNCƏRLƏMƏ (ID - 17415)"Xəncərləmək” dən f.is.
|
XƏNCƏRLƏMƏK (ID - 17416)f Xəncərlə vurmaq, yaralamaq; xəncərlə çapmaq.
|
XƏNCƏRLƏŞMƏ (ID - 17417)"Xəncərləşmək” dən f.is.
|
XƏNCƏRLƏŞMƏK (ID - 17418)qarş. köhn. Dalaşaraq bir-birini xəncərlə vurmaq, xəncərləmək.
|
XƏNCƏRLİ (ID - 17419)sif. Xəncər bağlamış, xəncəri olan, yaxud əlində xəncər. Oturmuşlar məğrur, qollar çirməkli; Xəncərli, qılınclı, patron-tüfəngli. H.K.Sanılı.
|
XƏNCƏRSAZ (ID - 17420)is. [fars.] köhn. Keçmişdə xəncər qayıran usta. Bakıda ümumiyyətlə peşəkarlar: keçəçi, dabbağ, dərzi, xəncərsaz və sairə çox olardı. H.Sarabski.
|
XƏNCƏRVARİ (ID - 17421)sif Xəncər kimi, xəncərəoxşar, xəncərşəkilli.
|
XƏNCƏRVURAN (ID - 17422)is. köhn. Keçmişdə məhərrəmlikdə aşura günü xəncərlə öz başını yaran.
|
XƏNDAN (ID - 17423)sif [fars.] klas. 1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi. Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. Aşıq Ələsgər. □ Xəndan etmək - şənləndirmək,...
|
XƏNDƏ (ID - 17424)is. [fars.] köhn. Gülüş.
|
XƏNDƏK (ID - 17425)is. [ər.] Torpaqda uzununa qazılmış dərin çuxur. [At] qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı. M.Hüseyn. Bu xəndək bir kilometr uzunluğu, qırx metr eni, otuz metr dərinliyi olan nəhəng...
|
XƏNDƏKQAZAN (ID - 17426)is. Xəndək qazımağa məxsus maşın. // Sif. mənasında. Xəndəkqazan maşın.
|
XƏNDƏKOTU (ID - 17427)is. bot. İri yarpaqları və boruşəkilli gülləri olan, əsasən xəndək, çay kənarlarında və rütubətli yerlərdə bitən yabanı bitki.
|
XƏRABAT (ID - 17428)is. [ər.] klas. Meyxana, işrətxana. Yox, dəxi könlüm mənim meyxanəyə mayil deyil; Kim gəzir ev-ev xərabat içrə hüşyar axtarır. Qövsi. Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım; Bir gün gəlir, əldən çıxar zövqi-xərabat....
|
XƏRABATİ (ID - 17429)sif və is. 1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. Xərabati adam. Şikəstə Abbasam, xərabatiyəm; Könül, heç görmədim abadan səni....
|
XƏRAC (ID - 17430)is. [ər.] tar. Vergi, bac. [Koroğlu dedi:] Verin yeddillik xəracı; Paşalar gətirsin bacı. “Koroğlu”. [Şah Abbas:] Həmədan vilayətinin üçillik xəracını Mirzə Cəlaləddinə bağışladım. A.Şaiq.
|
XƏRC (ID - 17431)is. [ər.] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric. [Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. U.Hacıbəyov. Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu. // Sərf olunacaq...
|
XƏRC-BORC (ID - 17432)zərf Borc pul alaraq, borca düşərək, zorla pul taparaq, ondan-bundan borc alaraq. Xərc-borc etmək. □ Xərcəborca düşmək - borc pul almağa, borca düşməyə məcbur olmaq, borca düşməli olmaq. [Çimnaz] ..ailəni artıq xərcə-borca...
|
XƏRCLƏMƏ (ID - 17433)“Xərcləmək” dən f.is.
|
XƏRCLƏMƏK (ID - 17434)f. Sərf etmək, işlətmək, məsrəf etmək (pulu). Şəfiqə xanım yavaş-yavaş var-yoxundan satıb xərcləyirdi. İ.Musabəyov. Aslanın indi bir qədər pulu var idi, lakin Fərhad oxuduğu üçün ona xərcləyirdi. C.Cabbarlı. // məc. Buna...
|
XƏRCLƏNMƏ (ID - 17435)“Xərclənmək” dən f.is.
|
XƏRCLƏNMƏK (ID - 17436)məch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir. - ..Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudun] gənc və gözəl arvadının naz və qəmzəsinə xərclənirdi. B.Talıblı....
|
XƏRCLİK (ID - 17437)is. Adi gündəlik və xırda xərclər üçün verilən, ya ayrılan pul; cibxərci. [Hacı Mehdi:] Ala, qabaqcadan da bir az sənə xərclik verim. Ə.Haqverdiyev. [Məmmədbağır:] ..Əsmərə on manat da xərclik verib getmişdi. S.Hüseyn. // Xərcləmək...
|
XƏRÇƏNG1 (ID - 17438) is. zool. Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan. Iri balıqlar başlıca olaraq yanüzən xərçənglər, suda-quruda yaşayan cücülər, habelə molyusklarla qidalanır....
|
XƏRÇƏNG2 (ID - 17439) is. İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş. Bədbəxtlikdən il yarım bundan qabaq [Balaşın] mədəsində xərçəng yarası tapıldı. M.İbrahimov.
|
XƏRÇƏNGKİMİLƏR (ID - 17440)is. zool. Xərçəngəoxşar onurğasız buğumayaqlılar qrupu. Xərçəngkimilərlə qidalanan balıqlar.
|
XƏRƏK (ID - 17441)is. [fars.] 1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq. - Dəmirov daş daşımaq üçün düzələn xərəyin bir başından, Qocaoğlu isə o biri başından yapışdı. S.Rəhimov....
|
XƏRƏNGƏ(LİK) (ID - 17442) is. dan. Qarmaqarışıqlıq, səs-küy, nizamsızlıq. Məclisdə bir xərəngəlik vardı. Aralarında qadınlar olmasına baxmayaraq, açıq-saçıq sözlər söyləməkdən çəkinməyirdilər. S.Hüseyn.
|
XƏRƏZİ (ID - 17443)b a x xırdavat.
|
XƏRİF (ID - 17444)sif [ər.] Qocalıqdan ağlı zəifləmiş, səfehləmiş, sərsəmləmiş.
|
XƏRİFLƏMƏ (ID - 17445)“Xərifləmək” dən f.is.
|
XƏRİFLƏMƏK (ID - 17446)f Qocalıqdan başı xarab olmaq, beyni kütləşmək, səfehləmək. Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. [Arvad:] Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki, plov da bişirəm. “M.N.lətif.”...
|
XƏRİFLİK (ID - 17447)is. Ağlı başından çıxmış adamın halı; ağıl seyrəkliyi, sərsəmlik.
|
XƏRİTƏ (ID - 17448)is. [ər.] Yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri. Coğrafiya xəritəsi. Asiyanın xəritəsi. Dünya xəritəsi. Yer üzünün xəritəsindən silinmiş qədim dövlətlər. - Kəndim, balacasan, çox balacasan; Adın...
|
XƏRİTƏÇƏKƏN (ID - 17449)b ax xəritəçi.
|
XƏRİTƏÇİ (ID - 17450)is. Coğrafiya xəritələri tərtib edən mütəxəssis; kartoqraf.
|
XƏRİTƏÇİLİK (ID - 17451)is. Coğrafi xəritə çəkmə (tərtib etmə) sənəti; kartoqraflıq.
|
XƏSARƏT (ID - 17452)is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. // Xarab olma, korlanma, zədələnmə, sınma. [Zakirov:] Qəribədir, axşam mən...
|
XƏSİL (ID - 17453)is. Göy taxıl. Alaq otları torpaqdakı qidalı maddələri almaqla xəsilləri zəifləşdirir. - İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev.
|
XƏSİLLƏŞMƏ (ID - 17454)“Xəsilləşmək” dən fis.
|
XƏSİLLƏŞMƏK (ID - 17455)f Göyərmək (taxıl haqqında). Körpə və tər taxıl xəsilləşirdi. S.Rəhimov.
|
XƏSİLLİK (ID - 17456)is. Xəsil olan, xəsil əkilən yer. Xəsillik salmaq. // Xəsil üçün ayrılan. Xəsillik arpa.
|
XƏSİS (ID - 17457)sif Simic, ifrat dərəcədə qənaətcil, pul xərcləməkdən hər vasitə ilə çəkinən. [Qulu:] Allah pulu götürüb belə xəsisə verir ki, sandığa qoyub gecə-gündüz keşiyini çəkir. S.S.Axundov. Olursunuz, duman olun, sis olmayın; Nədə...
|
XƏSİSCƏSİNƏ (ID - 17458)zərf Xəsisə yaraşan bir tərzdə, xəsis kimi. Əziz Hüsü! ..Sən məktubu xəsiscəsinə yazmağımdan inciyirsən. Ə.Haqverdiyev.
|
XƏSİSLƏŞMƏ (ID - 17459)“Xəsisləşmək” dən fis.
|
XƏSİSLƏŞMƏK (ID - 17460)f Xəsis olmaq, xəsisliyi getdikcə artmaq.
|
XƏSİSLİK (ID - 17461)is. Simiclik, xəsis adamın xasiyyəti. Hacı Bakıda bir məşhur kişi idi. İstər dövlətdə, istər xəsislikdə. Ə.Haqverdiyev. □ Xəsislik eləmək, xəsislik göstərmək - simiclik eləmək, qıymamaq, əsirgəmək. Əmim xəsislik elədi,...
|
Bu səhifə dəfə baxılıb