
XƏRABATis. [ər.] klas. Meyxana, işrətxana. Yox, dəxi könlüm mənim meyxanəyə mayil deyil; Kim gəzir ev-ev xərabat içrə hüşyar axtarır. Qövsi. Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım; Bir gün gəlir, əldən çıxar zövqi-xərabat. H.Cavid. □ Xərabat əhli klas. - bax xərabati 1-ci mənada. Xərabat əhlinin halini bir xümmar olandan sor. Füzuli. Biz xərabat əhliyiz, olmaz bizim hüşyarımız. Qövsi. Içib mey ta xərabat əhli ondan; Unutsun dərdi, gülsün ömrü bir an. H.Cavid.
Paylaşın - Hamı bilsin
|