
XƏRCLƏNMƏKməch. Sərf edilmək, xərc edilmək, işlənmək (pul haqqında). Pulların hamısı xərclənmişdir. - ..Əsil mayanın bir hissəsi də müntəzəm bir surətdə [Mahmudun] gənc və gözəl arvadının naz və qəmzəsinə xərclənirdi. B.Talıblı. [Adil:] ..Xalam mənim içməyimin fikrini yox, özpulunun xərclənməsinin dərdini çəkirdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|