XƏRABATİsif və is. 1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. Xərabati adam. Şikəstə Abbasam, xərabatiyəm; Könül, heç görmədim abadan səni. “Abbas və Gülgəz”.
2. məc. Pul, şey qədri bilməyən, laübalı adam haqqında. [Kişi:] Yoxsa onların bir anası var ki, bir xərabatinin biri, ac qurdun biri! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|