İzahlı lüğət

XƏSARƏT

is. [ər.] Ziyan, zərər. [Züleyxa ilə Cəmilin] yaşadıqları kənd müharibə cəbhəsinə yaxın olduğundan böyük xəsarətlərə düçar olmuşdu. T.Ş.Simurq. // Xarab olma, korlanma, zədələnmə, sınma. [Zakirov:] Qəribədir, axşam mən bağı gəzəndə hasarda heç bir xəsarət görmədim. Ə.Məmmədxanlı. □ Xəsarət vermək - ziyan vermək, zərər vermək. Verməmişəm mən ki xəsarət sənə; Sən dəxi vermə əziyyət mənə. A.Səhhət. Xəsarət yetirmək (eləmək) - ziyan vurmaq, zərər yetirmək, yaxud bir şeylə vurub yaralamaq, zədələmək. [Sultan bəy:] ..Dedim, gedim görüm, bəlkə qız, xudanəkərdə, özünə bir xəsarət yetirdi. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed