İzahlı lüğət

XƏLİFƏ

is. [ər.] 1. tar. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr nəticəsində yaradılmış ilk dövlətlərdə həm dünyəvi, həm də dini hakimiyyətə malik olmuşlar; vaxtilə Türkiyə sultanları da bu adı daşımışlar). Padşah həm xəlifə olub, həm də dövlətin yol göstərəni. N.Nərimanov. Xətib xəlifə və Ağabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mən/i münasibət bir daha özünü göstərmiş oldu. M.S.Ordubadi. [Babək:] Xəlifə və sarayın hədsiz
hesabsız vergiləri hamını cana gətirib. M.Rzaquluzadə.
2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). Uşaqlardan biri sonradan bildim ki, bu məktəbdə “xəlifə” imiş - həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. T.Ş.Simurq. Xəlifə ilə mollaya adam getmişdi, hələ gəlib çıxmamışdılar. Qantəmir. Molla, həmişə olmadığı zaman öz yerində xəlifə təyin etdiyi oğlana .. dedi: - Bu gedələr yenə gəlməyiblər. P.Makulu.
□□ Burda mənəm, Bağdadda kor xəlifə çox lovğa, çox təkəbbür, yekəbaş adam haqqında. Gülöyşə deyir, burda mənəm, Bağdadda kor xəlifə, xəstələri özüm sağaldacağam. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

XOV

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed