
XOŞAVAZ(LI) sif. [fars.] Məlahətli səsi olan, xoşsəsli, gözəl səsli. [Çaqqal:] Dedi kim, ey xurusi-xoşavaz; Düş aşağə, qılaq xudaya namaz. S.Ə.Şirvani. Məşədi Ismayıl xoşavaz bir adamdır və ucadan “Mahur” havasilə “putuluk, fusuluk” oxuya-oxuya küçələri dolanar. C.Məmmədquluzadə. Mən nə bilim qarğa xoşavazmış? Bayquşa bayquş demək olmazmış? M.Möcüz.
Paylaşın - Hamı bilsin
|