İzahlı lüğət

XƏBƏRDAR

sif. [ər. xəbər və fars. ...dar]
Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı. Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. ..Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə. □ Xəbərdar etmək (eləmək) - məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et. - [Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. I.Musabəyov. Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov. Xəbərdar olmaq - bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək. Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani. Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov. Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli. Əmr şəklində: xəbərdar! - ehtiyatlı olmağa çağırış.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed