
XOŞLANMAQf. Baxıb həzz almaq, ürəyi açılmaq, sevinmək, fərəh duymaq. Qızın ala gözlərini, şümşad barmağını görən Kəblə Xeyransa xala çox xoşlanır. H.Sarabski. Qayınatasının son sözündən Zöhrə də xoşlanmışdı. Ə.Vəliyev. // Xoşu gəlmək, məmnun olmaq, xoşnud olmaq, ürəyinə yatmaq. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişik tək cumuram şövq ilə birbaşa ətə! M.Ə.Sabir. [Əbülhəsənbəy:] Səttar xanın bu söhbətdən xoşlanmadığını hiss etdim.. M.S.Ordubadi. Bilikli şagirdlərdən; Müəllim çox xoşlanır. M.Seyidzadə.
Paylaşın - Hamı bilsin
|